Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Daşkənd Beynəlxalq Film Festivalında 11 türk filmi nümayiş olunacaq

© pixabay / gagnonm1993Kinolent
Kinolent - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
Festivala Türkiyədən Nuri Bilge Ceylan, Reis Çelik, Mahmut Fazıl Coşkun, Ercan Kesal, Oktay Kaynarca, Melisa Aslı Pamuk, Erkan Petekkaya, Nazan Kesal, Filiz Ahmet, Erkan Kolçak Köstendil və Dilan Çiçek Deniz kimi tanınmış rejissorlar və aktyorlar qatılıblar.
BAKI, 3 oktyabr — Sputnik. Daşkənd Beynəlxalq Film Festivalında Türkiyə kinosuna da geniş yer ayrılıb. Müxtəlif ölkələrin kino günlərinin təşkil olunduğu festival çərçivəsində Türkiyə xüsusi bölməsinin də geniş proqramı var.
Sputnik Azərbaycan xəbər verir ki, festival günlərində Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərlərində Nuri Bilge Ceylanın "Ahlat ağacı" və Semih Kaplanoğlunun "Sədaqətin mənşəyi" də daxil olmaqla ümumilikdə 11 türk filmi nümayiş olunacaq.
Festivalın Türkiyə xüsusi bölməsi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Daşkənddəki səfirliyi və Yerli Düşüncə Dərnəyi tərəfindən hazırlanıb. Film nümayişləri ilə yanaşı, Türkiyə ilə Özbəkistan arasında kino sahəsində ortaq layihələr və əməkdaşlıqla bağlı görüşlər də keçiriləcək.
Festivala Türkiyədən Nuri Bilge Ceylan, Reis Çelik, Mahmut Fazıl Coşkun, Ercan Kesal, Oktay Kaynarca, Melisa Aslı Pamuk, Erkan Petekkaya, Nazan Kesal, Filiz Ahmet, Erkan Kolçak Köstendil və Dilan Çiçek Deniz kimi tanınmış rejissorlar və aktyorlar qatılıblar.
Xatırladaq ki, Azərbaycandan da bir qrup kinematoqraf sözügedən festivalda iştirak edir. Nümayəndə heyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxildir.
Sözügedən festivalda tammetrajlı bədii filmlər proqramına rejissorlar İsmayıl Səfərlinin "Balıqçı qızı", Rüfət Həsənovun "Daxildəki ada", Əli Səttar Quliyev "Olimpiya" Ksenia Laqutinaya "Fəridə" filmi daxildir. Orman Əliyevin şanlı zəfərimizə həsr olunmuş "Biz" filmi və Fariz Əhmədovun "Sonuncu" filmləri sənədli filmlər proqramına daxildir. "5 günlük kino" proqramına isə Murad Hüseynovun "Vəhşi durnaların vaxtı", Murad Hüseynov və Səddam Mehdiyevin "İki yol" filmləri daxildir.
Xəbər lenti
0