Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Çingiz Mustafayev moskvalılar üçün konsert verdi

© Photo : Instagram / chingizmustafayevЧингиз Мустафаев, фото из архива
Чингиз Мустафаев, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
Azərbaycanlı müğənni konsertinə gələn rusiyalı pərəstişkarlarına minnətdarlığını bildirib.
BAKI, 3 oktyabr - Sputnik. Azərbaycanı "Avroviziya-2019" müsabiqəsində təmsil edən Çingiz Mustafayev Moskvada konsert verib.
Sputnik Azərbaycan-a müsahibəsində müğənni Moskva klublarından birində çıxış etdiyini, özü də oxumaqla yanaşı, diceylik etdiyini də söyləyib. Çingiz tamaşaçılara yeni albomlarını təqdim edib.
"Bu axşamı sizinlə keçirməkdən, hər birinizi hiss etməkdən şad oldum. Mənə unudulmaz emosiyalar bəxş etdiniz. Aramızda olan enerji mübadiləsi bizi birləşdirən sehrdir. Ümid edirəm ki, beyninizdə fikir selini dayandıran hüzur dolu ab-hava yarada bildim. Əminəm ki, görüşlərimizin sayı hələ çox olacaq, hər birinizə "çox sağ olun!" demək istəyirəm. Sevginizə, isti münasibətinizə görə təşəkkür edirəm! Yaxşı ki, varsınız!" - deyə Çingiz rusiyalı pərəstişkarlarına sosial şəbəkədə təşəkkür edib.
Çingiz Muüstafayev "Yeni ulduz" layihəsində qələbəsindən sonra məşhurlaşıb. O, həmçinin "Yeni dalğa" beynəlxalq müsabiqəsində də iştirak edib. Müxtəlif çoxsaylı musiqi mükafatlarının laureatıdır. Hazırda populyar gənc ifaçılar sırasındadır. "Avroviziya-2019" müsabiqəsində səkkizinci yeri tutub.
Xəbər lenti
0