Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çindən yeni "xoxan" xəbərdarlığı - "X" virusu gəlir, amma hələ kimsə nə olduğunu bilmir

© © Handout / National Institute of Allergy and Infectious Diseases / AFPSARS-COV-2 (çəhrayı) virusunun hiccəcikləri, arxiv şəkli
SARS-COV-2 (çəhrayı) virusunun hiccəcikləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
Çinli mütəxəssis deyir ki, gələcəkdə dünya mütləq "X virusu" ilə rastlaşacaq, onun xüsusiyyətlərini isə hələlik heç kim bilmir.
BAKI, 3 oktyabr - Sputnik. Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Qao Fu elm və texnologiyaya dair beynəlxalq forumda çıxışı zamanı bildirib ki, gələcəkdə bəşəriyyət mütləq yeni virusla üz-üzə qalacaq və ona qarşı mübarizə aparmaq üçün qarşılıqlı təsir prinsipi təklif edib.
"Dünya tək koronavirus pandemiyası ilə deyil, bir sıra digər problemlərlə də üzləşib. Məsələn, infodemiya kimi. Yəni aktual informasiya ilə dezinformasiya qarışanda bu, çoxlu şayiə və problem yaradır", - mütəxəssis deyib.
Qao Fu vurğulayıb ki, gələcəkdə dünya mütləq "X virusu" ilə rastlaşacaq, onun xüsusiyyətlərini isə hələlik heç kim bilmir. O virus isə istənilən vaxt istənilən yerdə peyda ola bilər.
"İnsanlığın gələcəyi naminə problemin həlli üzərində birgə çalışmaq lazımdır. Bununla bağlı "dörd C prinsipi" təklif edirəm: əməkdaşlıq (cooperation), rəqabət (competition), ünsiyyət və ya məlumat mübadiləsi (communication) və nəhayət, hətta bəzən üçüncü tərəflə koordinasiya (coordination)", - ekspert deyib.
Bunlardan o, məlumat mübadiləsini xüsusi vurğulayıb, çünki onun sözlərinə görə, məhz Çinin dünya alimlərilə açıq məlumat mübadiləsi qısa müddət ərzində koronavirus əleyhinə vaksin yaradılmasına təkan verib.
Hər il müxtəlif ölkələrin hökumətlərinin nümayəndələrinin, şirkət rəhbərlərinin və elmi mərkəzlərin başçılarının iştirak etdiyi "Cəmiyyətdə elm və texnologiya" adlı Kioto forumu şənbə günü koronavirusun yayılmasını əngəlləmək məqsədilə onlayn formatda başlayıb. Pandemiyaya qədər bu forum hər il Kiotoda keçirilirdi.
Xəbər lenti
0