https://sputnik.az/20211003/canavarlar-aran-blgsin-dadanb-ani-diqqtsizlik-maldan-da-edir-candan-da-433832465.html
Canavarlar Aran bölgəsinə dadanıb: ani diqqətsizlik maldan da edir, candan da
Canavarlar Aran bölgəsinə dadanıb: ani diqqətsizlik maldan da edir, candan da
Sputnik Azərbaycan
Sürü halında gəzən yırtıcılar Yevlaxın Ərəş kəndinin yaxınlığında olan fermalara soxulub, təsərrüfat sahiblərinə ziyan vururlar. 03.10.2021, Sputnik Azərbaycan
2021-10-03T15:41+0400
2021-10-03T15:41+0400
2021-10-03T15:41+0400
qoyun
hadisə
yevlax
canavar hücumu
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426676804_0:0:2998:1686_1920x0_80_0_0_8ca338e46042af799156b614835887a9.jpg
BAKI, 3 oktyabr — Sputnik. Ötən ildən fərqli olaraq bu il canavarlar Aran bölgəsində fəallaşıblar. Vəhşi heyvanlar kənd yaxınlığında sakinlərə məxsus sürülərə soxulur, fermalarda çoban itlərinin gözündən yayınıb qoyun-quzunu parçalayırlar.Sputnik Azərbaycan xəbər verir ki, Yevlaxın Ərəş kəndində son bir həftədə vəhşi canlılar Rövşən Quliyevə məxsus üç qoyunu parçalayıblar. Acgöz canavarlar sürü halında kəndin yaxınlığından axan Əlican çayının ətrafını özlərinə məskən seçiblər. Rövşən Quliyev Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib ki, kəndin kənarında heyvan otaran şəxs ani diqqətsizlik edərsə, canavar dərhal sürüyə soxulub ziyanlıq edir.“Biz, Ərəş kəndinin sakinləri, dədə-babadan mal-qara, qoyun-quzu saxlamaqla məşğuluq. Amma son günlər canavarlar bizə imkan vermirlər. Ötən il az-az gözə dəyirdilər, bu il çox fəallaşıblar. Son bir həftədə mənim üç qoyunumu parçalayıblar. Canavar birini dünən yaralayıb, çoban, yanında iki it, yalquzağı birtəhər uzaqlaşdıra biliblər. Qoyunun boğazından yaralayıb, heyvan nə ot yeyir, nə də su içir. Müalicə etdirirəm, amma sağalana oxşamır.Bir neçə gün öncə özüm qoyun növbəsindəydim. Kənd sakininin qoyunu doğmuşdu, quzunu mayalamağa başım qarışdı, bəlkə də beş dəqiqə çəkmədi. Bir də gördüm, dərin çuxur vardı, oradan canavar çıxıb heyvanımı qaldırıb yerə çırpdı. Özümü çatdırana qədər boğazını qopardı. Qoyun orada tələf oldu. Pusquda dururlar, Əlican çayının o tayına keçib digər kənd sakinlərinə də ziyan vururlar. Elə olub, qarşıma sürü halında 6-sı çıxıb. Son günlərdə hər gün acgöz canlılarla mübarizə aparırıq", - R.Quliyev bildirib.Canavarlar Ərəş kəndinin yaxınlığında yerləşən fermaya da soxulub, qoyun-quzunu parçalayırlar. Həmçinin qonşu kəndlərdə olan iri sürülərə də hücum edib ziyan vururlar. Canavar ovu yasaq edildiyindən heyvan otaran kənd sakinləri vəhşi canlılardan qorunmaq üçün qoyun sürüsü ilə bərabər, otlaqlara itlər aparıb qorunmağa çalışırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426676804_159:0:2888:2047_1920x0_80_0_0_b0e74e6c5fefe4117b00217bc97c9bb1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoyun, yevlax, canavar hücumu
qoyun, yevlax, canavar hücumu
Canavarlar Aran bölgəsinə dadanıb: ani diqqətsizlik maldan da edir, candan da
Sürü halında gəzən yırtıcılar Yevlaxın Ərəş kəndinin yaxınlığında olan fermalara soxulub, təsərrüfat sahiblərinə ziyan vururlar.
BAKI, 3 oktyabr — Sputnik. Ötən ildən fərqli olaraq bu il canavarlar Aran bölgəsində fəallaşıblar. Vəhşi heyvanlar kənd yaxınlığında sakinlərə məxsus sürülərə soxulur, fermalarda çoban itlərinin gözündən yayınıb qoyun-quzunu parçalayırlar.
Sputnik Azərbaycan xəbər verir ki, Yevlaxın Ərəş kəndində son bir həftədə vəhşi canlılar
Rövşən Quliyevə məxsus üç qoyunu parçalayıblar. Acgöz canavarlar sürü halında kəndin yaxınlığından axan Əlican çayının ətrafını özlərinə məskən seçiblər. Rövşən Quliyev Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib ki, kəndin kənarında heyvan otaran şəxs ani diqqətsizlik edərsə, canavar dərhal sürüyə soxulub ziyanlıq edir.
“Biz, Ərəş kəndinin sakinləri, dədə-babadan mal-qara, qoyun-quzu saxlamaqla məşğuluq. Amma son günlər canavarlar bizə imkan vermirlər. Ötən il az-az gözə dəyirdilər, bu il çox fəallaşıblar. Son bir həftədə mənim üç qoyunumu parçalayıblar. Canavar birini dünən yaralayıb, çoban, yanında iki it, yalquzağı birtəhər uzaqlaşdıra biliblər. Qoyunun boğazından yaralayıb, heyvan nə ot yeyir, nə də su içir. Müalicə etdirirəm, amma sağalana oxşamır.
Bir neçə gün öncə özüm qoyun növbəsindəydim. Kənd sakininin qoyunu doğmuşdu, quzunu mayalamağa başım qarışdı, bəlkə də beş dəqiqə çəkmədi. Bir də gördüm, dərin çuxur vardı, oradan canavar çıxıb heyvanımı qaldırıb yerə çırpdı. Özümü çatdırana qədər boğazını qopardı. Qoyun orada tələf oldu. Pusquda dururlar, Əlican çayının o tayına keçib digər kənd sakinlərinə də ziyan vururlar. Elə olub, qarşıma sürü halında 6-sı çıxıb. Son günlərdə hər gün acgöz canlılarla mübarizə aparırıq", - R.Quliyev bildirib.
Canavarlar Ərəş kəndinin yaxınlığında yerləşən fermaya da soxulub, qoyun-quzunu parçalayırlar. Həmçinin qonşu kəndlərdə olan iri sürülərə də hücum edib ziyan vururlar. Canavar ovu yasaq edildiyindən heyvan otaran kənd sakinləri vəhşi canlılardan qorunmaq üçün qoyun sürüsü ilə bərabər, otlaqlara itlər aparıb qorunmağa çalışırlar.