https://sputnik.az/20211003/bioloqlar-heddinden-artiq-kokelmenin-yeni-sebebini-tapiblar-433842775.html
Bioloqlar həddindən artıq kökəlmənin yeni səbəbini tapıblar
Bioloqlar həddindən artıq kökəlmənin yeni səbəbini tapıblar
Sputnik Azərbaycan
İnsan orqanizmində 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir. 03.10.2021, Sputnik Azərbaycan
2021-10-03T21:01+0400
2021-10-03T21:01+0400
2021-10-04T10:19+0400
səhiyyə
piylənmə
gen
https://cdnn1.img.sputnik.az/img/07e4/09/02/424828816_0:0:3072:1728_1920x0_80_0_0_0ceb914f66feabb48bcd21f63708745e.jpg
BAKI, 3 oktyabr - Sputnik. ABŞ-ın Virciniya Universitetinin alimləri artıq çəkiyə təsir edən genlər aşkar ediblər. Sputnik Azərbaycan bildirir ki, müvafiq tədqiqatın nəticələri “PLOS Genetics” elmi jurnalında dərc olunub. Alimlər insanın bədən çəkisinə təsir göstərə biləcək 293 gen aşkarlayıblar. Laboratoriya yolu ilə onlar təcrid olunmuş genləri piylənməyə səbəb ola biləcək və onun qarşısını ala biləcək genlərə bölüblər. Məlum olub ki, 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir. “Biz kəşf etdiyimiz yeni genlərin piylənməni azaldan müalicə üsullarının hazırlanmasını sürətləndirəcəyini gözləyirik”, - deyə “UVA” İncəsənət və Elmlər Kollecinin, Tibb Məktəbinin Hüceyrə Biologiyası fakültəsi və Ürək-Damar Tədqiqatları Mərkəzinin əməkdaşı Eylin O'Rurk bildirib. Qeyd olunur ki, mütəxəssislər tədqiqatı genlərinin təxminən 70%-i insanlarla üst-üstə düşən qurdlar üzərində spsrıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/02/424828816_290:0:3021:2048_1920x0_80_0_0_6193ee73ae2398891c9a426ca57acc27.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
piylənmə, gen
Bioloqlar həddindən artıq kökəlmənin yeni səbəbini tapıblar
21:01 03.10.2021 (Yenilənib: 10:19 04.10.2021) İnsan orqanizmində 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir.
BAKI, 3 oktyabr - Sputnik. ABŞ-ın Virciniya Universitetinin alimləri artıq çəkiyə təsir edən genlər aşkar ediblər.
Sputnik Azərbaycan bildirir ki, müvafiq tədqiqatın nəticələri “PLOS Genetics” elmi jurnalında dərc olunub.
Alimlər insanın bədən çəkisinə təsir göstərə biləcək 293 gen aşkarlayıblar. Laboratoriya yolu ilə onlar təcrid olunmuş genləri piylənməyə səbəb ola biləcək və onun qarşısını ala biləcək genlərə bölüblər. Məlum olub ki, 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir.
“Biz kəşf etdiyimiz yeni genlərin piylənməni azaldan müalicə üsullarının hazırlanmasını sürətləndirəcəyini gözləyirik”, - deyə “UVA” İncəsənət və Elmlər Kollecinin, Tibb Məktəbinin Hüceyrə Biologiyası fakültəsi və Ürək-Damar Tədqiqatları Mərkəzinin əməkdaşı Eylin O'Rurk bildirib.
Qeyd olunur ki, mütəxəssislər tədqiqatı genlərinin təxminən 70%-i insanlarla üst-üstə düşən qurdlar üzərində spsrıblar.