DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baş naziri öldürmək istəyən keçmiş futbolçuya ictimai iş cəzası kəsdilər

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidАмстердам, столица Нидерландов
Амстердам, столица Нидерландов - Sputnik Azərbaycan, 1920, 03.10.2021
Abunə olmaq
51 yaşlı sabiq idmançı əgər iki il müddətində yenidən cinayət törədərsə, real həbs cəzasına məhkum ediləcək.
BAKI, 3 oktyabr - Sputnik. Niderland millisinin sabiq futbolçusu Brayan Roy ölkənin baş naziri Mark Rütteni ölümlə hədələməkdə ittiham olunur.
Sputnik Azərbaycan bildirir ki, bu barədə De Telegraaf yazır.
Qeyd olunur ki, keçmiş yarımmüdafiəçi Twitter-də siyasətçi barədə yazıb ki, "o, tezliklə başından güllələnəcək".
Haaqa məhkəməsi Roya şərti həbs və ictimai iş cəzası kəsib.
51 yaşlı sabiq idmançı ictimai işdə 80 saat çalışmalıdır. Əgər iki il müddətində o, yenidən cinayət törədərsə, real həbs cəzasına məhkum ediləcək.
Xəbər lenti
0