Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Səfərbərlik Xidmətinin vəzifəli şəxsi həbs edilib

© Sputnik / Rahim MuradovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emlemi , arxiv  - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Rauf Həmidova Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda vəzifəli şəxs həbs edilib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanıb.
Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər lenti
0