SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident sabiq təhsil nazirini ordenlə təltif edib

© Photo : APAProfessor Misir Mərdanov
Professor Misir Mərdanov - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
BAKI, 2 oktyabr — Sputnik. Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Misir Mərdanov Azərbaycanın sabiq Təhsil naziri, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru və BDU-nun professorudur.
2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, hazırda Yeni Azərbaycan Partiyasının Siyasi şurasının üzvüdür.
Misir Mərdanov 25 mart 1998-ci ildən 19 aprel 2013-cü ilə qədər Azərbaycanın təhsil naziri olub. Onu bu postda hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarov əvəz edib.
Xəbər lenti
0