Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Payızda bar gətirən bitki xərçəng xəstəliyinin inkişafının qarşısını ala bilər

© Depositphotos.com / Expsycholog.gmail.comXərçəng xəstəsi
Xərçəng xəstəsi - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Həkim-diyetoloq qeyd edib ki, balqabaq həmçinin çox miqdarda antioksidantlarla, A vitamini, beta-karotin və silisiumla da zəngindir.
BAKI, 2 oktyabr — Sputnik. Balqabağın tərkibində qan damarlarında onkoloji xəstəliyin əmələ gəlməsinin qarşısını alan maddə mövcuddur. Bu barədə tibb elmləri doktoru, həkim-diyetoloq Mixail Ginzburq "Rusiya 1" telekanalının efirində bildirib.
"Son zamanlar biz müəyyən bitkilərdə xərçəng xəstəliyinin yaranma ehtimalını azaldan bir çox xüsusiyyətlərə rast gəlirik", - deyə mütəxəssis bildirib. Ginzburqun sözlərinə görə, balqabaq xərçəngin inkişafının qarşısını ala bilər.
Həkim orqanizmdə neoplazmanın yaranması prosesini izah edib. Onun sözlərinə görə, bunun üçün hüceyrələrin genomunda bir dəyişiklik baş verməlidir ki, bunun da nəticəsində onlar çoxalmaq üçün stimul alacaqlar, ancaq onların periferiyalarında isə iltihab başlayacaq.
Həkim-diyetoloq qeyd edib ki, balqabaq yalnız bu prosesə mane olan maddələrlə zəngin deyil. Bu tərəvəz həmçinin çox miqdarda antioksidantlarla, A vitamini, beta-karotin və silisiumla da zəngindir.
Digər həkim Sergey Aqapkin də balqabağın antioksidantlarla zəngin olduğunu deyib.
"Bu tərəvəzdə çoxlu miqdarda karotinoid və A vitamini var. Məlumdur ki, antioksidantlar sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır, yəni insan orqanizmində baş verən mutasiya proseslərini ləngidir. Bu da xərçəng əleyhinə bir effektdir", - deyə həkim-diyetoloq qeyd edib.
Bu yaxınlarda həkim və teleaparıcı Aleksandr Myasnikov ağ şəkər, duz, düyü, makaron və çörəkdən imtina etməyi tövsiyə edib, çünki bu qidaların istifadəsi onkoloji xəstəliyinin inkişafına səbəb ola olur.
Xəbər lenti
0