SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Paşinyan və İlham Əliyevin görüşü ən yaxın gələcəkdə baş tuta bilər"

© Official website of President of Azerbaijan RepublicMünxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Ermənistan rəsmi Bakının hazır olacağı təqdirdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasına hazırdır.
BAKI, 2 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti ilə görüşməyə hazırdır, lakin belə bir görüşə hazır olduğunu Azərbaycan tərəfi də göstəməlidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın İctimai telekanalına müsahibəsində bu ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirib.
"Biz Azərbaycan Prezidenti ilə ən yüksək səviyyədə görüşə hazır olduğumuzu bəyan etmişdik. Biz daha əvvəl də buna hazır idik və əgər İlham Əliyev də belə hazırlıq nümayiş etdirməyə hazırdısa, onda ümid edirik ki, Minsk qrupu çərçivəsində müzakirələr keçiriləcək və görüş ən yaxın gələcəkdə baş tutacaq", - deyə Qriqoryan qeyd edib.
O, həmçinin bildirib ki, Ermənistan rəsmi Bakının hazır olacağı təqdirdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasına hazırdır.
Qeyd edək ki, sentyabrın 28-i Azərbaycan Prezidenti İlham Əliyev "France-24" televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməyə hazırdır:
"Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq".
Xəbər lenti
0