SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident azad edilmiş ərazilərlə bağlı Avropa İttifaqından gözləntisini açıqladı

© AFP 2023 / KENZO TRIBOUILLARDФлаг Европейского Союза (ЕС), фото из архива
Флаг Европейского Союза (ЕС), фото из архива - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
İlham Əliyev deyib ki, Azərbaycanın 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazisi, yüzlərlə şəhər və kəndi var. Odur ki, Azərbaycan Avropa İttifaqının iqtisadi yardım paketinin qeyri-balanslı olmasına öz narahatlığını ifadə edib.
BAKI, 2 oktyabr — Sputnik. Avropa İttifaqının minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərmək təklifi Azərbaycan rəsmiləri və Aİ nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, bundan əlavə, cari ilin yayında Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana səfəri zamanı vəziyyəti geniş müzakirə ediblər və fəal şəkildə çalışmaqla bağlı birgə niyyətlərini ifadə ediblər.
"Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Beləliklə, Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik", - İlham Əliyev deyib.
Lakin o, Ermənistanın bu məsələdə tərəddüd etdiyini bildirib:
"Bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər".
Azərbaycan prezidenti Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr apardıqlarını da deyib:
"Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik".
"Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik", - deyə İlham Əliyev əlavə edib.
Xəbər lenti
0