https://sputnik.az/20211002/karus-markal-srniin-avtobusu-kamaz-v-asfaltbasan-mana-rplb-yarallar-var--433827277.html
“İkarus” markalı sərnişin avtobusu “Kamaz” və asfaltbasan maşına çırpılıb: yaralılar var
“İkarus” markalı sərnişin avtobusu “Kamaz” və asfaltbasan maşına çırpılıb: yaralılar var
Sputnik Azərbaycan
Magistralda təmir işləri aparılması haqqında xəbərdaredici yol nişanlarına baxmayaraq, avtobusun sürücüsü sürəti azaltmayıb, mişar daşı ilə yüklü olan “Kamaz”... 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T18:40+0400
2021-10-02T18:40+0400
2021-10-02T19:00+0400
cəmiyyət
qəza
hacıqabul
"ikarus"
"kamaz" markalı yük maşını
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/02/433826887_0:18:1196:691_1920x0_80_0_0_96fc4106a261615dcb4a53dff7f6bee4.jpg
BAKI, 2 oktyabr - Sputnik. Hacıqabulda sərnişin avtobusunun qəzaya uğraması zamanı 12 nəfər yaralanıb. Bu barədə TƏBİB məlumat yayıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Xəstələr əsasən bud-baldır travmaları alıb. Onların hamısı Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.İri tutumlu “İkarus” markalı 02 BT 242 dövlət nömrə nişanlı sərnişin avtobusu böyük sürətlə hərəkətdə olarkən manevr qaydalarını pozub. Magistralda təmir işləri aparılması haqqında xəbərdaredici yol nişanlarına baxmayaraq sürəti azaltmayıb və mişar daşı ilə yüklü olan “Kamaz” markalı 04 BK 494 dövlət nömrə nişanlı avtomobilə və asfaltbasan maşına çırpılıb. Nəticədə avtobusda olan 11 nəfər və asfaltbasan maşının sürücüsü, ümumilikdə 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə Hacıqabul yanğından mühafizə xidmətinin texnikası, canlı qüvvəsi və xilasediciləri cəlb edilib. Magistrala tökülən, yanğın təhlükəsi yaradan yanacağın və yağ məhsullarının yuyulması istiqamətində tədbirlər həyata keçirilir. Qəza nəticəsində Bakı-Qazax magistralında 1 km-ə qədər tıxac yaranıb. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür. Yol təsərrüfatına dəyən ziyan aradan qaldırılır.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.***Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.Qəza nəticəsində 10 nəfər yaralanıb. Onların hamısı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.Hadisənin baş verdiyi Bakı-Qazax magistralının 116-cı kilometrində uzun tıxac yaranıb.
hacıqabul
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/02/433826887_126:0:1070:708_1920x0_80_0_0_f6546e73843e32ea008d012d94610125.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, hacıqabul, "ikarus", "kamaz" markalı yük maşını
qəza, hacıqabul, "ikarus", "kamaz" markalı yük maşını
“İkarus” markalı sərnişin avtobusu “Kamaz” və asfaltbasan maşına çırpılıb: yaralılar var
18:40 02.10.2021 (Yenilənib: 19:00 02.10.2021) Magistralda təmir işləri aparılması haqqında xəbərdaredici yol nişanlarına baxmayaraq, avtobusun sürücüsü sürəti azaltmayıb, mişar daşı ilə yüklü olan “Kamaz” markalı 04 BK 494 dövlət nömrə nişanlı avtomobilə və asfaltbasan maşına çırpılıb.
BAKI, 2 oktyabr - Sputnik. Hacıqabulda sərnişin avtobusunun qəzaya uğraması zamanı 12 nəfər yaralanıb. Bu barədə TƏBİB məlumat yayıb.
Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Xəstələr əsasən bud-baldır travmaları alıb. Onların hamısı Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İri tutumlu “İkarus” markalı 02 BT 242 dövlət nömrə nişanlı sərnişin avtobusu böyük sürətlə hərəkətdə olarkən manevr qaydalarını pozub.
Magistralda təmir işləri aparılması haqqında xəbərdaredici yol nişanlarına baxmayaraq sürəti azaltmayıb və mişar daşı ilə yüklü olan “Kamaz” markalı 04 BK 494 dövlət nömrə nişanlı avtomobilə və asfaltbasan maşına çırpılıb.
Nəticədə avtobusda olan 11 nəfər və asfaltbasan maşının sürücüsü, ümumilikdə 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə Hacıqabul yanğından mühafizə xidmətinin texnikası, canlı qüvvəsi və xilasediciləri cəlb edilib.
Magistrala tökülən, yanğın təhlükəsi yaradan yanacağın və yağ məhsullarının yuyulması istiqamətində tədbirlər həyata keçirilir. Qəza nəticəsində Bakı-Qazax magistralında 1 km-ə qədər tıxac yaranıb. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür. Yol təsərrüfatına dəyən ziyan aradan qaldırılır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.
Qəza nəticəsində 10 nəfər yaralanıb. Onların hamısı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin baş verdiyi Bakı-Qazax magistralının 116-cı kilometrində uzun tıxac yaranıb.