https://sputnik.az/20211002/ermnistan-ordusunun-ba-qrargah-risinin-mavini-hbs-edilib-433828751.html
Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini həbs edilib
Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini həbs edilib
Sputnik Azərbaycan
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulub. 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T21:02+0400
2021-10-02T21:02+0400
2021-10-02T21:15+0400
dünya xəbərləri
ermənistan
baş qərargah rəisi
https://cdnn1.img.sputnik.az/img/41454/84/414548431_0:0:2001:1125_1920x0_80_0_0_e17f625770bd29709bf56dabba7af5fb.jpg
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib.Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.S.Qalstyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi. Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Galstyan da həbsdədir.Yerevan məhkəməsi Tonoyanla bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41454/84/414548431_14:0:1793:1334_1920x0_80_0_0_89b93e894bd325a987a636f4c55c8c20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, baş qərargah rəisi
ermənistan, baş qərargah rəisi
Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini həbs edilib
21:02 02.10.2021 (Yenilənib: 21:15 02.10.2021) Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulub.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
S.Qalstyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi.
Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Galstyan da həbsdədir.
Yerevan məhkəməsi Tonoyanla bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.
Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apellyasiya şikayəti veriləcək.
Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıblar.