CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda COVID-19-dan ölən şəxsin qızıl dişləri oğurlandı

© AP Photo / Ng Han GuanБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.10.2021
Abunə olmaq
Gəncədə COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.
BAKI, 2 oktyabr — Sputnik. Gəncədə ölmüş şəxsin qızıl dişləri oğurlanıb.
Sputnik Azərbaycan Oxu.Az-a istinadn xəbər verir ki, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.
Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, oktaybrın 1-iAzərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınIb, 1816 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9558, ötən müddət ərzində isə ümumilikdə 4 868 573 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68732 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52121 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8623360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4778843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3844517 təşkil edir.
Xəbər lenti
0