Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Yerdə və kosmosda – Azərbaycan musiqisinin ən gözəl nümunələri

© Sputnik / Elnur Salayev İnfoqrafika: Yerdə və kosmosda – Azərbaycan musiqisinin ən gözəl nümunələri
 İnfoqrafika: Yerdə və kosmosda – Azərbaycan musiqisinin ən gözəl nümunələri - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Qiymətli materialdan hazırlanmış diskə müxtəlif musiqi əsərlərindən fraqmentlər, o cümlədən, Azərbaycan muğamı da daxil edilib.
BAKI, 29 sentyabr — Sputnik. Hər il oktyabrın 1-i Beynəlxalq Musiqi Günü kimi qeyd olunur. Bu gün bütün dünyada musiqi sənətinin inkişafı, xalqlar arasında dostluq tellərinin güclənməsi və mədəniyyət mübadiləsi məqsədilə təsis olunub.
Azərbaycan musiqisi dünya musiqi sənətində öz layiqli yerini tutur. Bizim musiqi əsərlərimiz hətta kosmosda ifa olunmağa belə layiq görülüb. Məsələ burasındadır ki, 1977-ci il fevral ayının 23-də NASA-da "Voyacer" layihəsi çərçivəsində "qızıl disk" tərtib olunub. Qiymətli materialdan hazırlanmış bu diskə müxtəlif musiqi əsərlərindən fraqmentlər, o cümlədən, Azərbaycan muğamı da daxil edilib. Və həmin disk "Yer Kürəsinin səsləri" adı altında nə vaxtsa Kainatın ağıllı sakinləri tərəfindən tapılacağı ümidi ilə "Voyacer-1" hava gəmisində kosmosa göndərilib.
Diskə daxil edilən musiqi əsərlərinin hansı meyarla seçildiyi məlum olmasa da, Sputnik Azərbaycan Beynəlxalq Musiqi Günü ərəfəsində mədəniyyət xadimlərinə maraqlı sualla müraciət edib: kosmosa getsəydiniz, özünüzlə hansı musiqi kompozisiyasını götürərdiniz?
Bu suala verilən cavablar Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.
Xəbər lenti
0