https://sputnik.az/20211001/xanlar-vliyev-hrbi-prokurorluqda-aparlan-stuktur-islahatlarndan-danb-433714067.html
Xanlar Vəliyev Hərbi Prokurorluqda aparılan stuktur islahatlarından danışıb
Xanlar Vəliyev Hərbi Prokurorluqda aparılan stuktur islahatlarından danışıb
Sputnik Azərbaycan
Hərbi prokuror: müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni... 01.10.2021, Sputnik Azərbaycan
2021-10-01T12:23+0400
2021-10-01T12:23+0400
2021-10-01T12:23+0400
azərbaycan xəbərləri
islahat
dəyişiklik
hərbi prokuror
https://cdnn1.img.sputnik.az/img/42280/00/422800059_0:74:1425:876_1920x0_80_0_0_768cbc1593fd10fb59e779e89a860a9d.jpg
BAKI, 1 oktyabr — Sputnik. "Dövlət başçısının müdrik tövsiyələri rəhbər tutulmaqla prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.X.Vəliyev əlavə edib ki, sadalananlarla bərabər, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülüb:"O cümlədən idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin edən, eləcə də, quruluş etibarı ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, praktik cəhətdən səmərəli olan Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun "İşin Təşkili Qaydaları" hazırlanmışdır. Bununla əlaqədar olaraq artıq əhəmiyyətini itirmiş, dövrün tələblərinə cavab verə bilməyən və təcrübədə tətbiqi ciddi çətinliklər yaradan 100-dən çox əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/00/422800059_79:0:1346:950_1920x0_80_0_0_ea246d6e3255b87871c63afe6fb4f75d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
islahat, dəyişiklik, hərbi prokuror
islahat, dəyişiklik, hərbi prokuror
Xanlar Vəliyev Hərbi Prokurorluqda aparılan stuktur islahatlarından danışıb
Hərbi prokuror: müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq olunub.
BAKI, 1 oktyabr — Sputnik. "Dövlət başçısının müdrik tövsiyələri rəhbər tutulmaqla prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür". Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
"Hərbi prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşdırılması, eləcə də, fəaliyyətinin çevikliyinin və səmərəliliyinin daha da artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq olunmuş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis edilmiş, Kriminalistika şöbəsi ilə İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi birləşdirilərək Kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılmış, bəzi şöbələr ləğv edilərək onların bazasında yeni idarə və şöbələr, o cümlədən, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi və Təşkilat və icraya nəzarət şöbəsi yaradılmışdır", - Hərbi prokuror qeyd edib.
X.Vəliyev əlavə edib ki, sadalananlarla bərabər, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülüb:
"O cümlədən idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin edən, eləcə də, quruluş etibarı ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, praktik cəhətdən səmərəli olan Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun "İşin Təşkili Qaydaları" hazırlanmışdır. Bununla əlaqədar olaraq artıq əhəmiyyətini itirmiş, dövrün tələblərinə cavab verə bilməyən və təcrübədə tətbiqi ciddi çətinliklər yaradan 100-dən çox əmr və normativ xarakterli digər hüquqi sənədlər tam və ya qismən ləğv olunmuşdur".