Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İstirahət və əyləncə mərkəzləri, teatr və kinoteatrlar bu gündən xalqın üzünə açılır

© Sputnik / Murad OrujovКонцерт группы Jamiroquai в рамках Гран-при Азербайджана "Формулы-1"
Концерт группы Jamiroquai в рамках Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Həmin məkanların açılmasına ümumi tutumun 50 faizindən çoxunun doldurulmaması şərtilə icazə verilib.
BAKI, 1 oktyabr - Sputnik. Bu gündən - oktyabrın 1-dən Azərbaycanda istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla) faəliyyətinə qoyulan qadağa ləğv olunub.
Bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də vermişdi.
Qərara əsasən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyətinə də icazə verilib.
Azərbaycanda fəaliyyət göstərən mədəniyyət obyektləri (konsert zalları daxil olmaqla), eləcə də konfrans zalları, kinoteatrlar və teatrlar da bu gündən etibarən açılır.
Həmin məkanların açılmasına ümumi tutumun 50 faizindən çoxunun doldurulmaması şərtilə icazə verilib.
Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərəcək və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər.
Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola biləcəklər.
Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.
Xəbər lenti
0