DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: "Yaxın həftələrdə Azərbaycana səfər edəcəyəm"

© Official website of President of Azerbaijan RepublicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə zamanı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə zamanı - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Ötən gün Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın da müsahibəsində bildirmişdi ki, Rəcəb Tayyib Ərdoğan Füzulidəki yeni hava limanının açılışında iştirak edəcək.
BAKI, 1 oktyabr — Sputnik. Azərbaycanın ötən il 44 günlük çətin mübarizəsi Zəfərlə nəticələndi. Beləliklə, Azərbaycan 30 illik işğala son qoydu, işğal altındakı torpaqlar, Qarabağ azadlığına qovuşdu.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

"Biz də şəxsən Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevinclərinə ortaq olduq. İnşallah, önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, torpaqları işğal altında olan, torpaqlarını azad etmək üçün mübarizə aparan ölkəni - Azərbaycanı dəstəklədiyinə görə Türkiyəyə qarşı kin və nifrət mövqe sərgiləyənləri heç vaxt unutmayacaqlar: "Yaşadığımız hər təcrübəni bir dərs halına salaraq gələcəyə baxacağıq".
Qeyd edək ki, ötən gün Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Haber Global"a müsahibəsində bildirmişdi ki, Füzulidəki hava limanında işlər bitmək üzrədir, orada sınaq uçuşları həyata keçirilir, yaxında açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hava limanının açılışında iştirak edəcək.
O qeyd edib ki, üçtərəfli bəyanat bütövlükdə bölgəyə sülh gətirəcək: "Əslində, bu gedişat çox yaxşıdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu dəfələrlə ifadə edib. Bu müsbət qarşılıqlı ismarışlar son dərəcə yaxşıdır. Tezliklə sülh müqaviləsi imzalanarsa və mina xəritələri kimi texniki məsələlər həll edilərsə, bu, prosesi sürətləndirər. Bizim ermənilərlə bir problemimiz yoxdur. Bu müharibənin başa çatması lazım idi və bitdi. Bunlar düzgün çərçivəyə salınarsa, həll edilə bilməyəcək məsələlər deyil".
"44 günlük mübarizədən sonra əldə olunan zəfəri təbrik edirəm. Bu, eyni zamanda bölgədə əhəmiyyətli bir uğurdur. Ötən il Ermənistanın etdiyi hücumlar hadisələri bu yerə çatdırdı. Bu prosesdə Azərbaycan həmişə məsuliyyətli davrandı. Heç bir zaman hücum etmədi. Haqlı olaraq əldə edilən bir qələbə var".
Пресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива  - Sputnik Azərbaycan
İbrahim Kalın
Türkiyə Prezidentinin mətbuat katibi
O, Türkiyənin Azərbaycana dəstəyindən də danışıb: "Türkiyənin bu prosesdə iştirakı Azərbaycanla məxsusi əməkdaşlığımızın təzahürüdür. Zəfəri dəqiqə-dəqiqə izlədik. Asan olmadı, çoxlu sayda şəhid verildi. İşğaldan azad edilən torpaqlarda tikinti işlər davam edir. Bir il əvvəl Şuşa, Füzuli harada idi. Füzulidəki hava limanında işlər başa çatmaq üzrədir. Orada sınaq uçuşları aparılır. Onun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. 30 ildir istifadə edilməyən yerləri xaraba qalmış vəziyyətdə gördük. Şəhər, qəsəbə və kəndlər yenidən dirçəlir. Tikinti işləri görülür. Təbii ki, orada iqtisadiyyatın qurulması kimi məsələlər zaman aparacaq. Prezident İlham Əliyev ora ilə şəxsən maraqlanır. Bir ildə orada çox böyük işlər görülüb".
Xəbər lenti
0