Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanın Təhsil naziri məktəb yaşının aşağı salınmasını təklif edir

© Sputnik / Ilham MustafayevQazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Təhsil nazirinin sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır.
"Erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir. Uşaqlar 1-5 yaşında bağçaya gedə bilir, bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunur".
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır: "Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq. Bu baxımdan siyasət formalaşdıran tərəflər çalışmalıdırlar".
Nazir qeyd edib ki, qarşımızda duran ikinci vacib məsələ təhsilin kontenti, məzmunudur: "Uşaqları nəyə hazırlayırıq? 10-15 yaşında olan uşaqlar 20-30 ildən sonra soruşacaqlar bizə nə öyrətdiniz, bunun bir faydası varmı, həyatımız necə dəyişdi? Daha yaşlı nəslin ideyaları gənc nəslə nə qədər ötürülür? Biz gələcyi görürükmü? Bu, əsas həlledici suallardan biridir".
Xəbər lenti
0