https://sputnik.az/20211001/koronavirusa-yoluxan-sabiq-icra-basnn-vziyyti-arlab-433722867.html
Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb
Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb
Sputnik Azərbaycan
M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı... 01.10.2021, Sputnik Azərbaycan
2021-10-01T14:23+0400
2021-10-01T14:23+0400
2021-10-01T14:23+0400
xəstəxana
cəmiyyət
icra başçısı
biləsuvar
koronavirus
https://cdnn1.img.sputnik.az/img/42393/27/423932777_0:435:2867:2048_1920x0_80_0_0_65e2d840dc580df14e70fcfb533afe1d.jpg
BAKI, 1 oktyabr — Sputnik. "Koronavirusa yoluxan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin vəziyyəti daha da ağırlaşıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında M.Quliyevin vəkili Leyla Məmmədova deyib.O xatırladıb ki, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.M.Quliyev ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42393/27/423932777_136:0:2867:2048_1920x0_80_0_0_aa7454f3ebdfc68eb79ff6d0fd033800.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstəxana, icra başçısı, biləsuvar, koronavirus
xəstəxana, icra başçısı, biləsuvar, koronavirus
Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb
M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
BAKI, 1 oktyabr — Sputnik. "Koronavirusa yoluxan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin vəziyyəti daha da ağırlaşıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"a açıqlamasında M.Quliyevin vəkili Leyla Məmmədova deyib.
O xatırladıb ki, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
M.Quliyev ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.