https://sputnik.az/20211001/ish-defterleri-problemi-aradan-qadirilacaq-resmi-433797153.html
İş dəftərləri problemi aradan qaldırılacaq - Rəsmi
İş dəftərləri problemi aradan qaldırılacaq - Rəsmi
Sputnik Azərbaycan
İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi... 01.10.2021, Sputnik Azərbaycan
2021-10-01T16:50+0400
2021-10-01T16:50+0400
2021-10-01T20:24+0400
iş
"azərpoçt" mmc
təhsil institutu
dəftər
təhlil
https://cdnn1.img.sputnik.az/img/41206/87/412068705_0:19:2000:1144_1920x0_80_0_0_1bebecfb9e2fa9a19710f2209ec2419a.jpg
BAKI, 1 oktyabr — Sputnik. Təhsil İnsitutu tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün "Azərbaycan dili" və "Riyaziyyat" dərslik komplektləri hazırlanıb. Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.İnstitutdan Sputnik Azərbaycan-a verilən məlumata görə, iş dəftərləri ARTİ tərəfindən "Azərpoçt" MMC-nin məntəqələrində kütləvi satışa verilib: "Valideyn və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi "Azərpoçt" MMC vasitəsilə həyata keçirilir. Bu proses ARTİ tərəfindən gündəlik monitorinq olunur. İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir. Son statistik məlumatlara əsasən, I sinif üçün nəzərdə tutulan iş dəftərlərinin 5000 ədədinin 1 oktyabr və əlavə 5000 ədədinin 2 oktyabr tarixinə qədər (cəmi 10000 nüsxə olmaqla) Bakı şəhəri üzrə bütün satış məntəqələrinə çatdırılması planlaşdırılıb. Növbəti həftə ərzində də ehtiyac yaranan bütün məntəqələr üzrə əlavə iş dəftərlərinin təmin olunması nəzərdə tutulub.İş dəftərlərinin paylanması bütün satış məntəqələrinə yaxın yerləşən məktəblərin şagird sayına əsasən hesablanıb. İş dəftərlərinin tapılmasında yaranan çətinliyin əsas səbəbi alıcıların daha çox əsas mərkəzi məntəqələrə üz tutmasıdır. İş dəftərlərinin satışı "Azərpoçt" MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsində və bölgələrdə olan bütün məntəqələrdə həyata keçirilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41206/87/412068705_261:0:2000:1304_1920x0_80_0_0_c5a9b9df5fbe8fc3cec19e67b30491d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
iş, "azərpoçt" mmc, təhsil institutu, dəftər
iş, "azərpoçt" mmc, təhsil institutu, dəftər
İş dəftərləri problemi aradan qaldırılacaq - Rəsmi
16:50 01.10.2021 (Yenilənib: 20:24 01.10.2021) İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir.
BAKI, 1 oktyabr — Sputnik. Təhsil İnsitutu tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün "Azərbaycan dili" və "Riyaziyyat" dərslik komplektləri hazırlanıb. Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.
İnstitutdan
Sputnik Azərbaycan-a verilən məlumata görə, iş dəftərləri ARTİ tərəfindən "Azərpoçt" MMC-nin məntəqələrində kütləvi satışa verilib: "Valideyn və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi "Azərpoçt" MMC vasitəsilə həyata keçirilir. Bu proses ARTİ tərəfindən gündəlik monitorinq olunur. İş dəftərlərinin satışında yaranan çətinliyi aradan qaldırmaq məqsədilə ehtiyac olan satış məntəqələrinə digər məntəqələrdən iş dəftərlərinin daşınması prosesi həyata keçirilir.
Son statistik məlumatlara əsasən, I sinif üçün nəzərdə tutulan iş dəftərlərinin 5000 ədədinin 1 oktyabr və əlavə 5000 ədədinin 2 oktyabr tarixinə qədər (cəmi 10000 nüsxə olmaqla) Bakı şəhəri üzrə bütün satış məntəqələrinə çatdırılması planlaşdırılıb. Növbəti həftə ərzində də ehtiyac yaranan bütün məntəqələr üzrə əlavə iş dəftərlərinin təmin olunması nəzərdə tutulub.
İş dəftərlərinin paylanması bütün satış məntəqələrinə yaxın yerləşən məktəblərin şagird sayına əsasən hesablanıb. İş dəftərlərinin tapılmasında yaranan çətinliyin əsas səbəbi alıcıların daha çox əsas mərkəzi məntəqələrə üz tutmasıdır. İş dəftərlərinin satışı "Azərpoçt" MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsində və bölgələrdə olan bütün məntəqələrdə həyata keçirilir".