https://sputnik.az/20211001/dubayda-mumdnya-expo-2020-srgisi-alb-433717282.html
Dubayda ümumdünya "Expo-2020" sərgisi açılıb
Dubayda ümumdünya "Expo-2020" sərgisi açılıb
Sputnik Azərbaycan
Sərginin 182 günü ərzində 190-dan çox ölkə texnologiya, elm və incəsənət sahəsində öz nailiyyətlərini və yeniliklərini nümayiş etdirəcək. 01.10.2021, Sputnik Azərbaycan
2021-10-01T13:32+0400
2021-10-01T13:32+0400
2021-10-01T13:32+0400
2020
dünya xəbərləri
sərgi
dubay
üst
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433717253_0:321:3070:2048_1920x0_80_0_0_ce7cf4a325e0ddc58bcff68f658fe442.jpg
BAKI, 1 oktyabr — Sputnik. Dubayda COVID-19 pandemiyası səbəbindən bir il təxirə salınan ümumdünya "Expo-2020" səgisininin açılışı baş tutub. Bu barədə İnterfax xəbər verib.Sərginin 182 günü ərzində 190-dan çox ölkə texnologiya, elm və incəsənət sahəsində öz nailiyyətlərini və yeniliklərini nümayiş etdirəcək.Dubay valisi Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum cümə axşamı, axşam saatlarında sərginin açılışını elan edib. "Əl-Bayan" qəzetinə verdiyi açıqlamada o, bunun "bəşəriyyətin yaddaşına həkk olunacaq müstəsna hadisə" olacağını söyləyib. Vali onu da əlavə edib ki, BƏƏ "insanlığın ehtiyac duyduğu beynəlxalq əməkdaşlıq əsasında qlobal problemlərin həllini tapmaq üçün" bu tədbiri təşkil edir.Dubay hökuməti bu tədbirə təxminən 7 milyard dollar xərcləyib. Bütün ölkələrin vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş COVID-19-a qarşı peyvəndlərdən biri ilə tam vaksin olunduqları təqdirdə Birləşmiş Ərəb Əmirliklərini ziyarət edə biləcəklər. Sərginin özünə getmək üçün 18 yaşdan yuxarı bütün insanlar peyvəndi və ya mənfi PCR testi təsdiq edən sənədi təqdim etməlidirlər. Saytdakı bilet sahiblərinə pulsuz test imkanı veriləcək.
dubay
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433717253_339:0:3070:2048_1920x0_80_0_0_e378d3fb49de27a6dcf41fcbe5e9b67b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2020, sərgi, dubay, üst
Dubayda ümumdünya "Expo-2020" sərgisi açılıb
Sərginin 182 günü ərzində 190-dan çox ölkə texnologiya, elm və incəsənət sahəsində öz nailiyyətlərini və yeniliklərini nümayiş etdirəcək.
BAKI, 1 oktyabr — Sputnik. Dubayda COVID-19 pandemiyası səbəbindən bir il təxirə salınan ümumdünya
"Expo-2020" səgisininin açılışı baş tutub. Bu barədə
İnterfax xəbər verib.
Sərginin 182 günü ərzində 190-dan çox ölkə texnologiya, elm və incəsənət sahəsində öz nailiyyətlərini və yeniliklərini nümayiş etdirəcək.
Dubay valisi Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum cümə axşamı, axşam saatlarında sərginin açılışını elan edib. "Əl-Bayan" qəzetinə verdiyi açıqlamada o, bunun "bəşəriyyətin yaddaşına həkk olunacaq müstəsna hadisə" olacağını söyləyib. Vali onu da əlavə edib ki, BƏƏ "insanlığın ehtiyac duyduğu beynəlxalq əməkdaşlıq əsasında qlobal problemlərin həllini tapmaq üçün" bu tədbiri təşkil edir.
Dubay hökuməti bu tədbirə təxminən 7 milyard dollar xərcləyib. Bütün ölkələrin vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş COVID-19-a qarşı peyvəndlərdən biri ilə tam vaksin olunduqları təqdirdə Birləşmiş Ərəb Əmirliklərini ziyarət edə biləcəklər. Sərginin özünə getmək üçün 18 yaşdan yuxarı bütün insanlar peyvəndi və ya mənfi PCR testi təsdiq edən sənədi təqdim etməlidirlər. Saytdakı bilet sahiblərinə pulsuz test imkanı veriləcək.