Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rayonlara gediş-gəlişdə fəlakətin başlanğıcı: taksilər qiyməti qaldırdı - REPORTAJ

© Sputnik / Zulfiyya GuluyevaBakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
COVID-19 pasportu və əks göstəriş sertifikatı olmayan sərnişinlər avtovağzaldan bilet ala bilmədiklərindən taksilərin xidmətindən istifadə etmək məcburiyyətində qalıblar.
- COVID-19 pasportun var?
- Yox, niyə soruşursunuz ki?
- Yoxdursa, avtovağzala daxil ola bilməzsiniz. Bu gündən rayonlara gediş-gəliş üçün COVID-19 pasportu tələb olunur. Gedin vaksin olunun. Yoxsa avtobusa bilet ala bilməyəcəksiniz...

Avtovağzaldan bilet almayanlar taksi ilə daşınırlar

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin girişində mühafizəçi ilə sərnişin arasında olan bu dialoq qurtarar-qurtarmaz avtovağzalın qarşısında dayanan taksi sürücülərindən biri sərnişinə yaxınlaşdı. Göyçaya sərnişin daşıyan taksi sürücüsü COVID-19 pasportu olmayan sərnişini avtomobilə mindirdikdən sonra yeni sərnişin axtarışına başladı. Burada mühafizəçilərlə söhbət zamanı öyrəndik ki, avtovağzaldan COVID-19 pasportu olmadığı üçün bilet ala bilməyən sərnişinlər rahatlıqla rayonlara sərnişin daşıyan taksilərin xidmətindən yararlana bilirlər.
Sputnik Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 1-dən rayonlararası sərnişindaşımada tətbiq olunan COVID-19 pasportu tələbinin sərnişindaşımaya təsiri ilə bağlı Bakı Beynəlxalq Avtovağzalından hazırladığı reportajı təqdim edir.
© Sputnik / Zulfiyya GuluyevaBakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Qiymət 5 manat qalxıb

Avtovağzalın girişində qarşılaşdığımız mənzərədən məlum oldu ki, bu gündən COVID-19 pasportu tələbi vaksin olunmayan sərnişinlər üçün çətinlik yaradıb. COVID-19 pasportu və əks göstəriş sertifikatı olmayan sərnişinlər avtovağzaldan bilet ala bilmədiklərindən taksilərin xidmətindən istifadə etmək məcburiyyətində qalıblar. Burada müxtəlif istiqamətlərə sərnişin daşıyan taksi sürücüləri ilə söhbət zamanı öyrəndik ki, COVID-19 pasportu olmayan sərnişinləri də daşıyırlar. Yolda bu aşkarlanarsa, məsuliyyət sərnişinin üzərinə düşür. Amma sürücülər arasında problemin yaranmayacağına əmin olanlar da az deyildi. Adi günlərdə 15 manata rayonlara sərnişin daşıyan taksi sürücüləri fürsəti əldən verməyib qiyməti 5 manat qaldırmışdılar.

"40 dəqiqə dayanmışıq, avtobusda cəmi-cümlətanı 1 sərnişin var"

Avtovağzalda isə avtobus sürücüləri "qan ağlayırdılar"...
Bərdə-Tərtər istiqamətinə sərnişin daşıyan Arzu Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gündən tətbiq olunan COVID-19 pasportu tələbi onların işinə nəinki təsirsiz ötüşməyib, sözün əsl mənasında sərnişin qıtlığı yaradıb: "40 dəqiqə dayanmışıq, avtobusda cəmi-cümlətanı 1 sərnişin var. 45 sərnişin tutumlu avtobusda bir saata sərnişin olduğunu kimə desən adama qəribə baxar. Amma vəziyyət doğrudan pisdir. Rayonlararası sərnişindaşımada sərnişinlərdən COVID-19 vaksini tələbi bizi belə bir vəziyyətə qoyub. Avtovağzaldan çıxmağa 50 dəqiqə vaxtım qalıb. O vaxta qədər də 10 sərnişin ola-olmaya..."
© Sputnik / Zulfiyya GuluyevaBakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Yanacağın pulu çıxmır

A.Əsgərovla söhbət zamanı öyrənirik ki, Bakıya gələndə isə 20 sərnişini olub. Bu isə dediyinə görə, heç yanacağın xərcini ödəmir: "Yanacağa 220 manat xərcim çıxır. Mən avtobusun tutduğu qədər sərnişin daşımalıyam ki, yanacağımın da xərcini ödəsin, özümə də xeyir qalsın. Hələ ki, bir sərnişin bilet alıb. Əgər sərnişin sayı az olsa, mən reys etməyəcəyəm".
Qazax-Qırmızı körpü istiqamətində sərnişin daşıyan Elvin İsmayılov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 280 manat gediş-gəlişə yanacağa pul xərcləyir. Sürücü 45 nəfərlik avtobusda bu saatadək 32 sərnişin olduğunu söyləyir. Onun sözlərinə görə, bundan əvvəlki günlərdə isə sərnişinlə dolu reys edib: "Belə getsə, biz rayondan sərnişin daşımayacağıq. Gələnin vaksin pasportu yoxdur. Vaksin pasportu olmayanlara da bilet satmırlar. Bizə isə avtobusda beş-on sərnişinlə reys etmək sərf eləmir.
Bakı-Lənkəran reysi ilə sərnişin daşıyan Ayaz adlı sürücü isə yeni qaydanın ancaq avtobuslarla daşımaya şamil edildiyini söyləyir: "Burada biz COVID-19 pasportu olmayan sərnişini aparmırıq. Həmin sərnişin avtovağzalın qarşısından taksiyə minib rayona gedir. Əgər belə qadağa varsa, niyə ancaq avtobusla daşımaya tətbiq olunur? Məgər taksi ilə gedən sərnişinlərə bu qayda aid deyil? Biz bir saatdır gözləyirik, taksilər amma sərnişin daşıyır".

Yeni qərar sərnişin sayını azaldıb

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Turanə Əkbərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni tətbiq edilən COVID-19 pasportu tələbi sərnişindaşıma sayına təsir edib. Onun sözlərinə görə, avtobus reyslərində sərnişin sayında azalma var. Onun sözlərinə görə, avtovağzalda COVID-19 pasportu ilə bağlı ciddi nəzarət tədbirləri həyata keçirilir: "Avtovağzalın girişlərində bütün sərnişinlərdən COVID-19 pasportu və əks göstəriş sertifikatı tələb olunur. Eyni zamanda bilet satışı kassalarında COVID-19 pasportu və əks göstəriş sertifikatı təqdim etməyən sərnişinlərə bilet satılmır. Əgər bir sərnişin qohumlarına bilet almaq istəyirsə, həmin qohumlarının da COVID-19 pasportu və əks göstəriş sertifikatını kağız daşıyıcıda kassadakı əməliyyatçıya təqdim etməlidir: "Sərnişinlərin COVID-19 pasportu və əks göstəriş sertifikatı müvafiq postlarda da yoxlanılacaq".
© Sputnik / Zulfiyya GuluyevaTüranə Əkbərova Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi
Türanə Əkbərova Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Türanə Əkbərova Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi
T.Əkbərova bildirib ki, bəzi sərnişinlər yeni qaydadan xəbərsizdirlər. Belə sərnişinlər də geri qaytarılır.

Sabahdan qanunsuz sərnişindaşımaya qarşı tədbir görüləcək

COVID-19 pasportu və əks göstəriş sertifikatı olmadan qeyri-qanuni taksilərlə rayonlara sərnişin daşıyanlara gəldikdə isə, T.Əkbərova sabahdan onlara qarşı müvafiq qurumlar tərəfindən bağlı ciddi tədbirlər görüləcəyini söylədi.
© Sputnik / Zulfiyya GuluyevaBakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Qeyd edək ki, Nazirlər Kabinetinin 24 sentyabr 2021-ci il 280 nömrəli qərarı ilə oktyabrın 1-dən Azərbaycan Respublikasının şəhər və rayonlarından dəmiryol nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, digər sərnişinlərdən 2021-ci il oktyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il noyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала