Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cənubi Qafqazda hərarət artır: proseslər nədən xəbər verir?

© AR Ministry of Defence Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli
 Azərbaycan hərbçilərin döyüş mövqeyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Hazırda İran hakimiyyətindən məsələlərə soyuqqanlı yanaşmaq tələb olunur
BAKI, 1 oktyabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili oktyabrın 3-də tərəfdaşları ilə birgə Tbilisiyə yollanmaq niyyətində olduğunu bildirib. Xatırladaq ki, M.Saakaşvili səkkiz ildən sonra Gürcüstana qayıdıb. O, daha sonra Gürcüstanda olduğunu təsdiq edən video paylaşıb.
Regionda proseslərin sürətlə dəyişməsi, eyni zamanda İran-Azərbaycan sərhədində müşahidə olunan gərginlik bütün diqqətləri Cənubi Qafqaza yönəldib.
Bəs Cənubi Qafqazdakı gərgin vəziyyət bundan sonra necə dəyişə bilər?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Saakaşvilinin qayıdığı qonşu ölkədə siyasi mübarizəni daha da gərginləşdirə bilər. Onun fikrincə, hazırda Gürcüstan hakimiyyəti qarşısında iki yol var: “Onlar ya Saakaşvilini həbs etməlidirlər, ya da sərbəst buraxmalıdırlar. Hər iki halda Gürcüstan hakimiyyəti problemlə üzləşəcək”.
Politoloq deyib ki, onun həbsi müxalifətin reytinqini qaldıracaq: “Burada beynəlxalq təzyiqlər və Saakaşviliyə ola biləcək mümkün dəstək nəzərə alınmalıdır. Gürcüstan hakimiyyəti NATO-ya üzv olmaq istəyir. Bu baxımdan təzyiqlər qarşısında nəsə addım atılmalıdır”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin ölkəsinə qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, bu, Kreml üçün maraqlı mövzu deyil, amma o, harada olursa, orada “sirk” var”.
Son vaxtlar İran-Azərbaycan arasındakı gərginliyə də münasibət bildirən Elxan Şahinoğlu qeyd edib ki, İran artıq geri addımlar atmağa başlayıb.
“Biz bunu İran tərəfindən verilən yumşaq açıqlamalarda da görə bilərik. İrandan Qarabağa qanunsuz olaraq yanacağın daşınması dayandırılıb. İranda anlamalıdırlar ki, Azərbaycan əleyhinə aparılan siyasət onların özü üçün problemlər yarada bilər. Biz bu məsələdə Türkiyənin Azərbaycana artan dəstəyini görürük. Avtomatik olaraq, İran bu aqressiv davranışları ilə həm də Türkiyə ilə münasibətlərini zədələyə bilər”.
Руководитель аналитического агентства Атлас Эльхан Шахиноглу - Sputnik Azərbaycan
Elxan Şahinoğlu
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Hazırda İran hakimiyyətindən məsələlərə soyuqqanlı yanaşmaq tələb olunur, deyən politoloq bildirib ki, İran hakimiyyətindən iki tələb var: Azərbaycanın daxili işlərinə qarışmasın, bir də separatçı qüvvələrə yardımları dayandırsın. Bu ikisini edərsə, münasibətlər İbrahim Rəisidən öncəki dövrə qayıda bilər.
Qey edək ki, İran Silahlı Qüvvələrinin quru qüvvələri ölkənin şimal -qərb bölgəsində təlimlərə başlayıb. "Xeybər Fatehləri” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunur.
Xəbər lenti
0