https://sputnik.az/20211001/bmt-ba-katibi-ahllar-hdf-alan-vicdansz-cinaytkarlar-msuliyyt-clb-etmliyik-433788951.html
BMT baş katibi: "Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etməliyik"
BMT baş katibi: "Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etməliyik"
Sputnik Azərbaycan
Yaşlı insanlar təkcə həssas əhali qrupu deyil. Onlar bilik, təcrübə və kollektiv tərəqqimiz üçün zəngin töhfə mənbəyidirlər. 01.10.2021, Sputnik Azərbaycan
2021-10-01T15:39+0400
2021-10-01T15:39+0400
2021-10-01T15:39+0400
qoca
dünya xəbərləri
müraciət
bmt
baş katib
bmt-nin baş katibi antonio quttereş
ahıl
https://cdnn1.img.sputnik.az/img/41908/94/419089478_0:161:3071:1888_1920x0_80_0_0_7b90c6e0c4bab3cbada2f8962c205e60.jpg
BAKI, 1 oktyabr — Sputnik. BMT baş katibi Antoni Quttareş Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:"Yaxınlarımızla əlaqə saxlayırıq. Dini ayinlərdə iştirak edirik. Fikrimizi bildiririk. COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə üzləşən fərdlər və icmalar bu və digər fəaliyyətləri daha çox onlayn həyata keçirirlər. Dünyanın texnologiyadan asılılığının artdığı bir vaxtda, ahıl insanlar bu sahədə başqaları ilə müqayisədə daha çox dəstəyə ehtiyac duyurlar."Bütün yaşlarda rəqəmsal bərabərlik" builki Beynəlxalq Ahıllar Gününün mövzusudur və cəmiyyətin inkişafı naminə müxtəlif nəsillərin nümayəndələri üçün imkanları genişləndirmək üçün mühüm bir imkan təklif edir. Ahıl insanlar pandemiya zamanı daha çox təcrid olundular.Digər tərəfdən, onların artmaqda olan kibercinayət təhlükəsindən zərərçəkmə riski daha yüksəkdir. Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirləri görməklə yanaşı, onların müdafiəsini və rifahını təmin etmək məqsədi ilə rəqəmsal bacarıqlarını gücləndirmək istiqamətində çalışmalıyıq.Yaşlı insanlar təkcə həssas əhali qrupu deyil. Onlar bilik, təcrübə və kollektiv tərəqqimiz üçün zəngin töhfə mənbəyidirlər. Ahıllar yeni texnologiyaya çıxış əldə etməklə, onu öyrənə və istifadə edə bilsələr, yoxsulluğu aradan qaldırmaq və planetin qorumaq, habelə 2030-cu ilə qədər bütün insanlara sağlamlıq, sülh və firavanlığı təmin etmək üçün qlobal çağırışımız olam Davamlı İnkişaf Məqsədlərinə nail olmağımıza öz töhfələrini verəcəklər.Builki Beynəlxalq Ahıllar Günündə yaşından asılı olmayaraq hər kəs üçün rəqəmsal bərabərliyə nail olmaq üçün daha inklüziv siyasət, strategiya və fəaliyyətləri həyata keçirməyə çağırıram".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41908/94/419089478_170:0:2901:2048_1920x0_80_0_0_a39ee5579c607ed58037fe99555a3be2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoca, müraciət, bmt, baş katib, bmt-nin baş katibi antonio quttereş, ahıl
qoca, müraciət, bmt, baş katib, bmt-nin baş katibi antonio quttereş, ahıl
BMT baş katibi: "Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etməliyik"
Yaşlı insanlar təkcə həssas əhali qrupu deyil. Onlar bilik, təcrübə və kollektiv tərəqqimiz üçün zəngin töhfə mənbəyidirlər.
BAKI, 1 oktyabr — Sputnik. BMT baş katibi Antoni Quttareş Beynəlxalq Ahıllar Günü ilə bağlı müraciət yayıb. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:
"Yaxınlarımızla əlaqə saxlayırıq. Dini ayinlərdə iştirak edirik. Fikrimizi bildiririk. COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə üzləşən fərdlər və icmalar bu və digər fəaliyyətləri daha çox onlayn həyata keçirirlər. Dünyanın texnologiyadan asılılığının artdığı bir vaxtda, ahıl insanlar bu sahədə başqaları ilə müqayisədə daha çox dəstəyə ehtiyac duyurlar.
"Bütün yaşlarda rəqəmsal bərabərlik" builki Beynəlxalq Ahıllar Gününün mövzusudur və cəmiyyətin inkişafı naminə müxtəlif nəsillərin nümayəndələri üçün imkanları genişləndirmək üçün mühüm bir imkan təklif edir. Ahıl insanlar pandemiya zamanı daha çox təcrid olundular.
Digər tərəfdən, onların artmaqda olan kibercinayət təhlükəsindən zərərçəkmə riski daha yüksəkdir. Ahılları hədəfə alan vicdansız cinayətkarları məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirləri görməklə yanaşı, onların müdafiəsini və rifahını təmin etmək məqsədi ilə rəqəmsal bacarıqlarını gücləndirmək istiqamətində çalışmalıyıq.
Yaşlı insanlar təkcə həssas əhali qrupu deyil. Onlar bilik, təcrübə və kollektiv tərəqqimiz üçün zəngin töhfə mənbəyidirlər. Ahıllar yeni texnologiyaya çıxış əldə etməklə, onu öyrənə və istifadə edə bilsələr, yoxsulluğu aradan qaldırmaq və planetin qorumaq, habelə 2030-cu ilə qədər bütün insanlara sağlamlıq, sülh və firavanlığı təmin etmək üçün qlobal çağırışımız olam Davamlı İnkişaf Məqsədlərinə nail olmağımıza öz töhfələrini verəcəklər.
Builki Beynəlxalq Ahıllar Günündə yaşından asılı olmayaraq hər kəs üçün rəqəmsal bərabərliyə nail olmaq üçün daha inklüziv siyasət, strategiya və fəaliyyətləri həyata keçirməyə çağırıram".