Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Arvadını öldürən polisin uşaqlarının kimin qəyyumluğuna veriləcəyi məlum olub

© AFP 2023 / DAVID MCNEWTelefonla oynayan uşaq, arxiv şəkli
Telefonla oynayan uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Polis əri tərəfindən güllələnərək öldürülən qadının övladlarının kimin qəyyumluğuna veriləcəyi məlum olub.
BAKI, 1 oktyabr — Sputnik. Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda polis əməkdaşının şöbədə həyat yoldaşını qətlə yetirməsinə münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sentyabrın 29-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən həyat yoldaşı Xanım Məmmədovanın övladlarının gözü qarşısında qətlə yetirilməsi hamı kimi onları da məyus edib.
O qeyd edib ki, araşdırma əsnasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən 6 və 4 yaşlarında olan uşaqların ana babası və dayıları Aqil Əliyevə təhvil verildiyi bildirilib. Uşaqlardan birinin 1-ci sinifində təhsil aldığı vurğulanıb, məlum hadisədən sonra təhsilinin Qax rayon məktəblərindən birində davam etdiriləcəyi qeyd olunub.
Azyaşlıların qanunla müəyyən edilmiş qaydalara əsasən qeydiyyatda olduqları rayon üzrə mərhum X.Məmmədovanın valideynlərinin qəyyumluğuna verilməsi nəzərdə tutulur.
"Son zamanlar məişət zəminində baş vermiş cinayət hadisələrinin qurbanlarının yaxınları tərəfindən istər Komitəyə, istərsə də digər dövlət qurumuna verilən məlumatlar və ya kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibələr təhlil edilmişdir. Nəticələr onu deməyə əsas verir ki, ailədaxili münaqişələrin ilkin vaxtlarından qurbanların yaxınlarının bu zorakılıq hallarına göz yumması, bu faktı ailə sirri kimi saxlaması daha ağır fəsadlara gətirib çıxarmasına səbəb olur. Baş vermiş hadisə fonunda bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, məişət zəminində zorakılığa məruz qalmış şəxslər barədə məlumatların aidiyyəti qurumlara vaxtında və düzgün çatdırılması bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır", - T.Mərdanoğlu bildirib.
Xəbər lenti
0