https://sputnik.az/20210930/yol-polisleri-yollarda-hereketi-hansi-memura-qore-dayandirir-vaqif-esedovdan-aciqlama-433680026.html
Yol polisləri yollarda hərəkəti hansı məmura görə dayandırırlar? Vaqif Əsədovdan açıqlama
Yol polisləri yollarda hərəkəti hansı məmura görə dayandırırlar? Vaqif Əsədovdan açıqlama
Sputnik Azərbaycan
Polis polkovnikinin sözlərinə görə, hətta hansısa məmurun getdiyi üçün yolun bağlandığını iddia edənlər də var. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T14:33+0400
2021-09-30T14:33+0400
2021-10-01T18:11+0400
dyp
tıxac
yol
vaqif əsədov
bağlanma
təhlil
https://cdnn1.img.sputnik.az/img/42363/48/423634889_0:197:1920:1277_1920x0_80_0_0_7c0adbe9777766621e47ec49eaf96448.jpg
BAKI, 30 sentyabr — Sputnik. Sosial şəbəkələrdə paytaxt yollarında hərəkətin yol polisləri tərəfindən dayandırılmasını əks etdirən görüntülər paylaşılaraq bunun tıxaca səbəb olması ciddi tənqid olunur. Hətta sosial platformada yol polislərinin yolda hərəkəti bəzi hallarda hansısa yüksək çinli məmur keçdiyi üçün bağladığı da bildirilir.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında son günlər yollarda hərəkətin müəyyən müddətə yol polisləri tərəfindən dayandırılması ilə bağlı sosial platformada olan narazılıqlara aydınlıq gətirib. O bildirib ki, paytaxt yollarında hərəkət əsasən pik vaxtlarda dayandırılır. Bunun səbəbi isə şəhərdə tıxacın qarşısını almaqdır: "Yol polisinin 72 nəzarət məntəqəsi var. Yollara kameralar vasitəsilə nəzarət edilir. Hansı istiqamətlərdə tıxac varsa, bu barədə yol polislərinə radiocihaz vasitəsilə məlumat ötürülür və həmin istiqamətdən hərəkət axını sürətləndirilir ki, tıxacın qarşısı alınsın. Təbii ki, bu zaman qarşı tərəfdə hərəkət axını dayandırılır".V.Əsədov bildirir ki, bəzi sıxlıq müşahidə olunan yollarda hərəkət yol polisi tərəfindən tənzimlənməsə, iki saat müddətində paytaxtda tıxac əlindən tərpənmək olmaz. V.Əsədov həmçinin qeyd edib ki, tədrisin ənənəvi qaydaya keçməsi də müəyyən qədər yollarda sıxlıq yaradıb. Onun sözlərinə görə, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə sıxlıq müşahidə olunur: "Ümumiyyətlə, bu gün paytaxtın mərkəzi küçələrində ümumi istifadədə olan yollara, prospektlərə daha yaxın olan tədris müəssisələrinin qarşısında birmənalı sıxlığın yaranması məhz sürücü valideynlərin bu ərazidə dayanma-durma tələblərini pozması ilə əlaqəlidir. Bir daha diqqətə çatdırırıq ki, paytaxt ərazisində avtomobillərin dayanma-durma və ya park edilməsi prioritet məsələdir. Bir istiqamətdə iki hərəkət zolağı olan yolda günün pik saatlarında hər hansı sürücünün cəmi 30 saniyə avtomobili dayandırıb yolu kəsməsi 70-ə yaxın digər nəqliyyat vasitəsinin 5-7 dəqiqə ləngiməsi deməkdir. Sürücü valideynlərdən, ümumilikdə avtomobil istifadəçiləri və sürücülərindən xahiş edirik ki, heç bir bəhanə gətirmədən bu tələbləri düzgün yerinə yetirməyə çalışsınlar. Ən azı ərazidə boş yer olduğu halda, ikinci cərgədə, üçüncü cərgədə nəqliyyat vasitəsini saxlayıb dərsdən çıxan övladlarını götürmək bəhanəsi ilə yolu kəsməsinlər, əvvəldən getdikləri yollar üzrə istiqamət götürsünlər".V.Əsədov deyir ki, yol polisi əməkdaşları yol ayrıclarında, kəsişmələrdə təhlükəsizliyi təmin etmək və sürücülərin rahat hərəkətini təşkil etmək üçün yerlərdə nizamlayıcı qismində xidmətini davam etdirirlər.
https://sputnik.az/20210929/universitetlrd-txac-covid-pasportu-temperatur-lm-v-kiray-ev-axtarnda-433632061.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/48/423634889_193:0:1896:1277_1920x0_80_0_0_fe2bf8c6a3e64dd7ad0ef464b9b9cce8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dyp, tıxac, yol, vaqif əsədov, bağlanma
dyp, tıxac, yol, vaqif əsədov, bağlanma
Yol polisləri yollarda hərəkəti hansı məmura görə dayandırırlar? Vaqif Əsədovdan açıqlama
14:33 30.09.2021 (Yenilənib: 18:11 01.10.2021) Polis polkovnikinin sözlərinə görə, hətta hansısa məmurun getdiyi üçün yolun bağlandığını iddia edənlər də var.
BAKI, 30 sentyabr — Sputnik. Sosial şəbəkələrdə paytaxt yollarında hərəkətin yol polisləri tərəfindən dayandırılmasını əks etdirən görüntülər paylaşılaraq bunun tıxaca səbəb olması ciddi tənqid olunur. Hətta sosial platformada yol polislərinin yolda hərəkəti bəzi hallarda hansısa yüksək çinli məmur keçdiyi üçün bağladığı da bildirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki
Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında son günlər yollarda hərəkətin müəyyən müddətə yol polisləri tərəfindən dayandırılması ilə bağlı sosial platformada olan narazılıqlara aydınlıq gətirib. O bildirib ki, paytaxt yollarında hərəkət əsasən pik vaxtlarda dayandırılır. Bunun səbəbi isə şəhərdə tıxacın qarşısını almaqdır: "Yol polisinin 72 nəzarət məntəqəsi var. Yollara kameralar vasitəsilə nəzarət edilir. Hansı istiqamətlərdə tıxac varsa, bu barədə yol polislərinə radiocihaz vasitəsilə məlumat ötürülür və həmin istiqamətdən hərəkət axını sürətləndirilir ki, tıxacın qarşısı alınsın. Təbii ki, bu zaman qarşı tərəfdə hərəkət axını dayandırılır".
V.Əsədov bildirir ki, bəzi sıxlıq müşahidə olunan yollarda hərəkət yol polisi tərəfindən tənzimlənməsə, iki saat müddətində paytaxtda tıxac əlindən tərpənmək olmaz.
Paytaxt yollarında səhər saat 7:45-dən 8:15-dək, eyni zamanda axşam 18:00-dan 18:45-dək süni sıxlıq yaşanır. Ona görə də yol polisi bu saatlarda bəzi küçə və prospektlərdə bu saatlarda hərəkəti müvəqqəti dayandırmalı olur ki, sıxlıq müşahidə olunan yollarda hərəkət axını azalsın. Çox təəssüf ki, bunu bəzi yol iştirakçıları səhv başa düşürlər. Hətta hansısa məmurun getdiyi üçün yolun bağlandığını iddia edənlər də var. Bu, tamamilə yanlış məlumatdır.
Vaqif Əsədov
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki
V.Əsədov həmçinin qeyd edib ki, tədrisin ənənəvi qaydaya keçməsi də müəyyən qədər yollarda sıxlıq yaradıb. Onun sözlərinə görə, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə sıxlıq müşahidə olunur: "Ümumiyyətlə, bu gün paytaxtın mərkəzi küçələrində ümumi istifadədə olan yollara, prospektlərə daha yaxın olan tədris müəssisələrinin qarşısında birmənalı sıxlığın yaranması məhz sürücü valideynlərin bu ərazidə dayanma-durma tələblərini pozması ilə əlaqəlidir.
Bir daha diqqətə çatdırırıq ki, paytaxt ərazisində avtomobillərin dayanma-durma və ya park edilməsi prioritet məsələdir. Bir istiqamətdə iki hərəkət zolağı olan yolda günün pik saatlarında hər hansı sürücünün cəmi 30 saniyə avtomobili dayandırıb yolu kəsməsi 70-ə yaxın digər nəqliyyat vasitəsinin 5-7 dəqiqə ləngiməsi deməkdir. Sürücü valideynlərdən, ümumilikdə avtomobil istifadəçiləri və sürücülərindən xahiş edirik ki, heç bir bəhanə gətirmədən bu tələbləri düzgün yerinə yetirməyə çalışsınlar. Ən azı ərazidə boş yer olduğu halda, ikinci cərgədə, üçüncü cərgədə nəqliyyat vasitəsini saxlayıb dərsdən çıxan övladlarını götürmək bəhanəsi ilə yolu kəsməsinlər, əvvəldən getdikləri yollar üzrə istiqamət götürsünlər".
V.Əsədov deyir ki, yol polisi əməkdaşları yol ayrıclarında, kəsişmələrdə təhlükəsizliyi təmin etmək və sürücülərin rahat hərəkətini təşkil etmək üçün yerlərdə nizamlayıcı qismində xidmətini davam etdirirlər.