https://sputnik.az/20210930/soci-gorushu-cenubi-qafqaz-ucun-ne-ved-edir-433691999.html
Soçi görüşü Cənubi Qafqaz üçün nə vəd edir?
Soçi görüşü Cənubi Qafqaz üçün nə vəd edir?
Sputnik Azərbaycan
Politoloqun sözlərinə görə, bütün hallarda dialoq, Türkiyə və Rusiya arasındakı mövcud əməkdaşlıq Azərbaycan üçün də faydalıdır. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T22:00+0400
2021-09-30T22:00+0400
2021-09-30T23:28+0400
siyasət
görüş
türkiyə
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
soçi
cənubi qafqaz
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/42333/63/423336314_0:0:2981:1677_1920x0_80_0_0_09793401bf697676d30c5f007478a0d3.jpg
BAKI, 30 sentyabr - Sputnik. Ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşdü. Görüşdə qlobal məsələlərin, Yaxın Şərqdə baş verənlərin geniş müzakirə olunduğu bildirildi. Bu görüşü Azərbaycan üçün maraqlı edən məqam isə iki liderin Cənubi Qafqazda baş verənlərlə bağlı ifadə etdikləri mövqe idi. Rusiya Prezidenti Türkiyənin Qarabağdakı vəziyyətə təsiri haqqında danışarkən bu ölkənin regionda sülhə töhfə verdiyini bildirib və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin məhsuldar fəaliyyət göstərdiyini qeyd edib.Liderlər tərəfindən regionda sülhün vacibliyi və sabitliyin qorunması ilə bağlı açıqlamalar gəldiyi halda xarici media resurslarında Azərbaycan və Ermənistan arasında yenidən hərbi əməliyyatların başlayacağı ilə əlaqədar iddialar da ortaya çıxmaqdadır.Sputnik Azərbaycan Ərdoğan-Putin görüşünün Cənubi Qafqaz üçün nəticələri və mümkün müharibə ehtimalları ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Putin mətbuata açıq hissədə Türkiyənin müsbət rolunu qeyd etdi: “Bu onu deməyə əsas verir ki, tərəflər qapalı keçirilən görüşdə də regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfinin cavab almaq istədiyi suallar var. Bizi maraqlandıran məqamlar - Laçın dəhlizi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə hələ də tərksilah edilməmiş separatçıların qalması ilə bağlı vəziyyət - Azərbaycan cəmiyyəti və siyasi dairələrində narahatlıqlar yaradır. Ümid edirik ki, Türkiyə prezidenti bu narahatlıqları Vladimir Putinin diqqətinə çatdırıb”.Politoloq bildirib ki, bütün hallarda dialoq, Türkiyə və Rusiya arasındakı mövcud əməkdaşlıq Azərbaycan üçün də faydalıdır. Onun sözlərinə görə, xarici mediada səsləndirilən yeni müharibə ehtimalları inandırıcı deyil. “Bu ölkənin hərbi texnikasını 90 faizi məhv edildi, eyni zamanda 4-5 min hərbi qulluqçusu zərərsizləşdirildi. Biz də görürük ki, ara-sıra təxribatlar baş verir, amma mümkündür ki, Azərbaycan məcbur qalıb antiterror əməliyyatları keçirsin. Bunun böyük müharibəyə çevrilə biləcəyini proqnozlaşdırmıram”, – Elşxan Şahinoğlu əlavə edib.Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib ki, hər iki ölkə ətraf ölkələrdə gedən proseslərdə aktiv şəkildə iştirak edir: “Son dövrlər Bakı və Moskva arasında bəzi sual yaradan məqamlar vardı. Bu görüşdə həmin məsələlər də müzakirə edilib. Elə buna görədir ki, yaxın zamanda Rusiya və Ermənistan arasında yeni görüşlərin keçiriləcəyi ilə bağlı xəbərlər yayıldı. Düşünülür ki, rəsmi Moskva Türkiyənin tələblərini Ermənistana çatdıracaq. Hazırda Rusiya maraqlı və həssas proseslərlə qarşı-qarşıyadır”.Politoloq bildirib ki, yaxın vaxtlarda regionda vəziyyətin canlanacağı ehtimal edilir: “Azərbaycan-Ermənistan arasında yeni müharibə olacağı ilə bağlı səsləndirilən iddiaları isə doğru hesab etmirəm. Təbii ki, burada Ermənistana havadarlıq edən qüvvələrin də üzərinə məsuliyyət düşür. Onlar Ermənistana yeni müharibə üçün stimul verməzlərsə, hansısa müharibənin olacağı ehtimalı yoxdur. Azərbaycan üçün əsas prioritet azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətlə aparılması, kommunikasiya və nəqliyyat xətlərinin bərpa edilməsidir”.
https://sputnik.az/20210929/putin-rusiya-trkiy-birg-monitorinq-mrkzi-regionda-sabitliyin-ciddi-tminatdr-433642889.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42333/63/423336314_142:0:2873:2048_1920x0_80_0_0_830198866d370f35bacb853b52eebf30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
görüş, türkiyə, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, soçi, cənubi qafqaz, rusiya prezidenti vladimir putin
görüş, türkiyə, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, soçi, cənubi qafqaz, rusiya prezidenti vladimir putin
Soçi görüşü Cənubi Qafqaz üçün nə vəd edir?
22:00 30.09.2021 (Yenilənib: 23:28 30.09.2021) Politoloqun sözlərinə görə, bütün hallarda dialoq, Türkiyə və Rusiya arasındakı mövcud əməkdaşlıq Azərbaycan üçün də faydalıdır.
BAKI, 30 sentyabr - Sputnik. Ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşdü. Görüşdə qlobal məsələlərin, Yaxın Şərqdə baş verənlərin geniş müzakirə olunduğu bildirildi.
Bu görüşü Azərbaycan üçün maraqlı edən məqam isə iki liderin Cənubi Qafqazda baş verənlərlə bağlı ifadə etdikləri mövqe idi. Rusiya Prezidenti Türkiyənin Qarabağdakı vəziyyətə təsiri haqqında danışarkən bu ölkənin regionda sülhə töhfə verdiyini bildirib və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin məhsuldar fəaliyyət göstərdiyini qeyd edib.
Liderlər tərəfindən regionda sülhün vacibliyi və sabitliyin qorunması ilə bağlı açıqlamalar gəldiyi halda xarici media resurslarında Azərbaycan və Ermənistan arasında yenidən hərbi əməliyyatların başlayacağı ilə əlaqədar iddialar da ortaya çıxmaqdadır.
Sputnik Azərbaycan Ərdoğan-Putin görüşünün Cənubi Qafqaz üçün nəticələri və mümkün müharibə ehtimalları ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Elxan Şahinoğlunun və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq
Zaur Məmmədovun fikirlərini öyrənib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Putin mətbuata açıq hissədə Türkiyənin müsbət rolunu qeyd etdi:
“Bu onu deməyə əsas verir ki, tərəflər qapalı keçirilən görüşdə də regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfinin cavab almaq istədiyi suallar var. Bizi maraqlandıran məqamlar - Laçın dəhlizi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə hələ də tərksilah edilməmiş separatçıların qalması ilə bağlı vəziyyət - Azərbaycan cəmiyyəti və siyasi dairələrində narahatlıqlar yaradır. Ümid edirik ki, Türkiyə prezidenti bu narahatlıqları Vladimir Putinin diqqətinə çatdırıb”.
Politoloq bildirib ki, bütün hallarda dialoq, Türkiyə və Rusiya arasındakı mövcud əməkdaşlıq Azərbaycan üçün də faydalıdır. Onun sözlərinə görə, xarici mediada səsləndirilən yeni müharibə ehtimalları inandırıcı deyil.
“Ermənistanın yeni müharibə üçün gücü və potensialı yoxdur. Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunu sıradan çıxardı”.
Elxan Şahinoğlu
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
“Bu ölkənin hərbi texnikasını 90 faizi məhv edildi, eyni zamanda 4-5 min hərbi qulluqçusu zərərsizləşdirildi. Biz də görürük ki, ara-sıra təxribatlar baş verir, amma mümkündür ki, Azərbaycan məcbur qalıb antiterror əməliyyatları keçirsin. Bunun böyük müharibəyə çevrilə biləcəyini proqnozlaşdırmıram”, – Elşxan Şahinoğlu əlavə edib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib ki, hər iki ölkə ətraf ölkələrdə gedən proseslərdə aktiv şəkildə iştirak edir: “Son dövrlər Bakı və Moskva arasında bəzi sual yaradan məqamlar vardı. Bu görüşdə həmin məsələlər də müzakirə edilib. Elə buna görədir ki, yaxın zamanda Rusiya və Ermənistan arasında yeni görüşlərin keçiriləcəyi ilə bağlı xəbərlər yayıldı. Düşünülür ki, rəsmi Moskva Türkiyənin tələblərini Ermənistana çatdıracaq. Hazırda Rusiya maraqlı və həssas proseslərlə qarşı-qarşıyadır”.
Politoloq bildirib ki, yaxın vaxtlarda regionda vəziyyətin canlanacağı ehtimal edilir: “Azərbaycan-Ermənistan arasında yeni müharibə olacağı ilə bağlı səsləndirilən iddiaları isə doğru hesab etmirəm. Təbii ki, burada Ermənistana havadarlıq edən qüvvələrin də üzərinə məsuliyyət düşür. Onlar Ermənistana yeni müharibə üçün stimul verməzlərsə, hansısa müharibənin olacağı ehtimalı yoxdur. Azərbaycan üçün əsas prioritet azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətlə aparılması, kommunikasiya və nəqliyyat xətlərinin bərpa edilməsidir”.