https://sputnik.az/20210930/sahibe-qafarova-iran-parlamentini-xocali-soyqirimini-tanimaga-cagirdim-433674950.html
Sahibə Qafarova: "İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım"
Sahibə Qafarova: "İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım"
Sputnik Azərbaycan
Parlament adından Azərbaycan Prezidentinə və Ordumuzun əsgərlərinə minnətdarlığını bildirən Milli Məclisin sədri Vətən müharibəsində şəhid olanların... 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T12:37+0400
2021-09-30T12:37+0400
2021-09-30T12:37+0400
sahibə qafarova
cəmiyyət
milli məclis
iran
xocalı
soyqırım
https://cdnn1.img.sputnik.az/img/07e4/09/17/425007519_0:0:1125:634_1920x0_80_0_0_859007bd84c2fb5d3b09674cd31a44ed.jpg
BAKI, 30 sentyabr — Sputnik. Milli Məclisin beynəlxalq fəaliyyəti sessiya dövründə və sessiyadan sonra da davam etdirilib. Parlamentin beynəlxalq əlaqələri ilə bağlı ən böyük hadisə Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Azərbaycana səfəri olub. Artıq 3 dost və qardaş ölkənin yeni parlament əlaqələrinin əsası qoyulub.Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova bildirib.O əmindir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək. Bütün görüşlərdə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlar verilib. "Azərbaycanın BMT Təhlükəsiz Şurasının qətnamələrini öz gücü ilə təmin etməsi barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Bu gün də Ermənistanın müharibə cinayətlərinə rast gəlinməsi ilə bağlı AŞPA-da keçirilən görüşlərdə məlumat verdim. Hazırlanan hesabatın həqiqətləri əks etdirməsinin vacibliyini qeyd etdim", - S.Qafarova deyib.Sədr diqqətə çatdırıb ki, avqustun 6-da İranda rəsmi səfərdə olub: O diqqətə çatdırıb ki, gələn il Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq: "Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğuladım".Parlament sədri vurğulayıb ki, Azərbaycan xalqı sentyabrın 27-də Vətən müharibəsinin Anım Gününü qeyd etdi. Bununla bağlı paytaxt Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş təşkil olundu. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bundan sonra Azərbaycan xalqı və dövləti qalib kimi yaşayacaq.Parlament adından Azərbaycan Prezidentinə və Ordumuzun əsgərlərinə minnətdarlığını bildirən Milli Məclisin sədri Vətən müharibəsində şəhid olanların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib.Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci ilin payız sessiyasının ilk iclası keçirilir. Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasını açıq elan edib və Azərbaycanın Dövlət Himni səsləndirilib.Sahibə Qafarova payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib və Milli Məclisin qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.2021-ci il payız sessiyasının ilk iclasının gündəliyinə 15 məsələ daxil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/17/425007519_63:0:1063:750_1920x0_80_0_0_7dfc6c41a897ed611e3a8a5875ff24a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahibə qafarova, milli məclis, iran, xocalı, soyqırım
sahibə qafarova, milli məclis, iran, xocalı, soyqırım
Sahibə Qafarova: "İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım"
Parlament adından Azərbaycan Prezidentinə və Ordumuzun əsgərlərinə minnətdarlığını bildirən Milli Məclisin sədri Vətən müharibəsində şəhid olanların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib.
BAKI, 30 sentyabr — Sputnik. Milli Məclisin beynəlxalq fəaliyyəti sessiya dövründə və sessiyadan sonra da davam etdirilib. Parlamentin beynəlxalq əlaqələri ilə bağlı ən böyük hadisə Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Azərbaycana səfəri olub. Artıq 3 dost və qardaş ölkənin yeni parlament əlaqələrinin əsası qoyulub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri
Sahibə Qafarova bildirib.
O əmindir ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək. Bütün görüşlərdə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlar verilib. "Azərbaycanın BMT Təhlükəsiz Şurasının qətnamələrini öz gücü ilə təmin etməsi barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Bu gün də Ermənistanın müharibə cinayətlərinə rast gəlinməsi ilə bağlı AŞPA-da keçirilən görüşlərdə məlumat verdim. Hazırlanan hesabatın həqiqətləri əks etdirməsinin vacibliyini qeyd etdim", - S.Qafarova deyib.
Sədr diqqətə çatdırıb ki, avqustun 6-da İranda rəsmi səfərdə olub:
"Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsini diqqətə çatdırdım. Görüşdə İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım. Qeyd etdim ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib".
O diqqətə çatdırıb ki, gələn il Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq: "Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğuladım".
Parlament sədri vurğulayıb ki, Azərbaycan xalqı sentyabrın 27-də Vətən müharibəsinin Anım Gününü qeyd etdi. Bununla bağlı paytaxt Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş təşkil olundu. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bundan sonra Azərbaycan xalqı və dövləti qalib kimi yaşayacaq.
Parlament adından Azərbaycan Prezidentinə və Ordumuzun əsgərlərinə minnətdarlığını bildirən Milli Məclisin sədri Vətən müharibəsində şəhid olanların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci ilin payız sessiyasının ilk iclası keçirilir. Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasını açıq elan edib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sahibə Qafarova payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib və Milli Məclisin qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
2021-ci il payız sessiyasının ilk iclasının gündəliyinə 15 məsələ daxil edilib.