https://sputnik.az/20210930/sabahdan-mktbhazrlq-qruplarnda-mllr-balayr-433681868.html
Sabahdan məktəbəhazırlıq qruplarında məşğələlər başlayır
Sabahdan məktəbəhazırlıq qruplarında məşğələlər başlayır
Sputnik Azərbaycan
Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T18:13+0400
2021-09-30T18:13+0400
2021-09-30T18:13+0400
məktəbəhazırlıq qrupları
azərbaycan xəbərləri
məktəb
təhsil
https://cdnn1.img.sputnik.az/img/42165/51/421655157_0:0:1481:833_1920x0_80_0_0_e5fc764a0d7cf5474ce49f3892a9011f.jpg
BAKI, 30 sentyabr — Sputnik. Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır. Sputnik Azərbaycan-ın xəbərinə görə, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil müəssisəsində isə 25 189 beşyaşlının təhsilə cəlb olunacağı gözlənilir.Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Mövcud pandemiya şəratinə görə bu il hazırlanan yeni Tədris Planına əsasən siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.Yeni tədris planında uşaqların dərs ili ərzində payız, qış və yaz tətilləri də müəyyən olunub. Məşğələlərin mayın 31-də başa çatması planlaşdırılır. Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Məşğələləri yalnız ibtidai sinif müəllimləri aparacaq.Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zərurət yaranarsa, tənəffüslər uzadıla bilər. Bu qruplarda uşaqlara ev tapşırığı verilməyəcək. Onların nailiyyətləri şifahi formada qiymətləndiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42165/51/421655157_123:0:1334:908_1920x0_80_0_0_f64896e8ce9719907106b99245e7856a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəbəhazırlıq qrupları, məktəb, təhsil
məktəbəhazırlıq qrupları, məktəb, təhsil
Sabahdan məktəbəhazırlıq qruplarında məşğələlər başlayır
Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq.
BAKI, 30 sentyabr — Sputnik. Sabahdan məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır. Sputnik Azərbaycan-ın xəbərinə görə, ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil müəssisəsində isə 25 189 beşyaşlının təhsilə cəlb olunacağı gözlənilir.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Mövcud pandemiya şəratinə görə bu il hazırlanan yeni Tədris Planına əsasən siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.
Yeni tədris planında uşaqların dərs ili ərzində payız, qış və yaz tətilləri də müəyyən olunub. Məşğələlərin mayın 31-də başa çatması planlaşdırılır. Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Məşğələləri yalnız ibtidai sinif müəllimləri aparacaq.
Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zərurət yaranarsa, tənəffüslər uzadıla bilər. Bu qruplarda uşaqlara ev tapşırığı verilməyəcək. Onların nailiyyətləri şifahi formada qiymətləndiriləcək.