Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Reabilitasiya ilə bağlı yeni qaydalar hazırlanıb

© Official website of President of Azerbaijan RepublicReabilitasiya mərkəzi
Reabilitasiya mərkəzi - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
"Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi həmin şəhadətnamələrin təqdim edilməsi prosesinin elektronlaşmasına, nəticədə bu istiqamətdə fəaliyyətin xeyli çevikləşməsinə və tam şəffaflaşmasına imkan verib.
BAKI, 30 sentyabr — Sputnik. Fərdi reabilitasiya proqramı və abilitasiya tədbirlərinə dair qaydalar hazırlanıb. Sputnik Azərbaycan-a məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, əliliyin qiymətləndirilməsi üzrə elektron infrastruktur artıq hərbi səbəblərlə əlaqədar tibbi şəhadətləndirmə sistemini də əhatə edir. Son aylarda tətbiq olunan "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi həmin şəhadətnamələrin təqdim edilməsi prosesinin elektronlaşmasına, nəticədə bu istiqamətdə fəaliyyətin xeyli çevikləşməsinə və tam şəffaflaşmasına imkan verib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sosial sahədə əhaliyə xidmətlərin müasir texnologiyalar üzərində, şəffaf və operativ şəkildə qurulması üçün son illərdə geniş islahatların aparıldığını vurğulayıb.
Bu gün artıq Nazirliyin 170 xidmətindən 105-nin elektron şəkildə, o cümlədən 44-nün proaktiv formada göstərildiyini bildirib. Daha 56 xidmətin elektronlaşdırılması, onlardan 20-dək xidmətin proaktiv formada qurulması işlərinin aparıldığını deyib.
S.Babayev reabilitasiya xidmətlərinin keyfiyyətinin artırılması ilə bərabər, bu xidmətlərin şəbəkəsinin genişləndirilməsi işlərinin də davam etdirildiyini, bu il Qəbələ və Şəmkirdə uşaqlar üçün reabilitasiya mərkəzlərinin açılacağını diqqətə çatdırıb.
Həmin müəssisələrin nizamnamələrinin, habelə əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri əhatə edən Fərdi reabilitasiya proqramının və abilitasiya tədbirlərinə dair qaydaların hazırlandığını bildirib.
Xəbər lenti
0