https://sputnik.az/20210930/prezident-lham-liyev-ex-respublikasnn-xarici-ilr-nazirini-qbul-edib-433673701.html
Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib
Sputnik Azərbaycan
Yakub Kulhanekin Azərbaycana səfəri həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T12:15+0400
2021-09-30T12:15+0400
2021-09-30T12:16+0400
siyasət
xin
prezident ilham əliyev
çexiya
qəbul
rəhbər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433672128_0:84:1960:1187_1920x0_80_0_0_c126e18561d7242144565a131b18aff4.jpg
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.Sputnik Azərbaycan-ın məlumatına görə, görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri postkovid dövründə münasibətlərimizin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433672128_191:0:1774:1187_1920x0_80_0_0_888274bc2cf51d65f1ce30c58e40a690.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, prezident ilham əliyev, çexiya, qəbul, rəhbər
xin, prezident ilham əliyev, çexiya, qəbul, rəhbər
Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib
12:15 30.09.2021 (Yenilənib: 12:16 30.09.2021) Yakub Kulhanekin Azərbaycana səfəri həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulandı.
Qeyd edildi ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri postkovid dövründə münasibətlərimizin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.