CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə xüsusi komissiyanın yaradılması təklif edilib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidЗдание Национального собрания Азербайджана в Баку.
Здание Национального собрания Азербайджана в Баку. - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Zahid Orucun sözlərinə görə, xüsusilə beynəlxalq razılaşmalarda bir vaxtlar irəli sürdüyümüz qeyd-şərtlər artıq parlaq qələbəmizdən sonra yeni reallıq, xüsusilə yeni hüquqi gerçəklik yaratdığından geniş dəyişiklər zərurətini qarşıya qoyur.
BAKI, 30 sentyabr — Sputnik. Vətən müharibəsinin başlanmasının 1-ci ilinin şərəfli hesabatı qarşısındayıq. Çox minillik tariximizdə 44 günün bənzərsiz hərbi-siyasi yekunu əsrə bərabər dövr hesab olunur. İtkilərə baxmayaraq, müharibədə qələbə qədər milləti ucaldan ikinci hadisə yoxdur. Xalqımızın işğal keçmişini qapatması və dünyada qazandığı qalib dövlət obrazı bizə sonsuz hörmət gətirir, separatizmə və ədalətsizliyə qarşı mübarizədə Azərbaycanı nümunəyə çevirir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
O bildirib ki, qələbəmizin bir ili qarşısında hesabat verərkən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, yaralıların sağlam həyata qaytarılması və tarixi torpaqlara "Böyük Qayıdış"ın başlanmasını fərəhlə qeyd edirik. Ağdam, Kəlbəcər, Zəngilan, digər azad torpaqlarda və nəhayət, Şuşada quruculuq tədbirləri, Zəfər yolunun inşası 30 il işğalda qalan torpaqlara yeni həyat bəxş edir. Tarixdə ilk dəfə Füzulidə istifadəyə verilən hava limanı cəmi 30-35 dəqiqəyə Qarabağın azad səmasından doğma torpaqlara qayıdışa imkan verir. Bu 30 dəqiqəlik yol düz 30 illik mübarizədən keçdi.
Deputat əlavə edib ki, hərbi Zəfərimiz Qafqazda yeni münasibətlər mərhələsinin başlanması deməkdir. Sülh və təhlükəsizlik istəyən hər kəs prezident İlham Əliyevin elan etdiyi "Qafqazda barış və dialoq" kursunu alqışlayır. Dünya dövlətlərinin mütləq əksəriyyəti müharibənin nəticələrini qəbul edir. Bu çox önəmli hadisədir. Qələbəmizin beynəlxalq legitimliyi əleyhimizə qərar və qətnamələrin qəbulunu çətinləşdirir. Fransa ilə münasibətlərdəki pozitiv dəyişiklik çox əhəmiyyətli dönüşdür.
O qeyd edib ki, erməni anaları öz oğullarını yeni müharibələrə və keçmiş liderlərə vermək istəmirlər.
Ən nəhayət, Qarabağ ermənilərinin acınacaqlı durumu göstərir ki, Xankəndinin gələcəyi, orada yaşayanların rifahı yalnız Azərbaycanla bağlıdır. Bu fikrin alternativi yoxdur. Ordumuzun bütün sərhədlərdə strateji yüksəkliklərdə möhkəmlənməsi bu perspektivi daha da möhkəmləndirir. Lakin qələbəmizin bir ili qarşısında ədəbi əsərlərin, mədəniyyət nümunələrinin, marşların, simfoniyaların və kitabların azlığı təəssüf doğurur. Axı, yaddaşı satın almaq olmur, onu itirəndən sonra çətin bərpa edilir. Tarixi qaliblər yazır, sözü əbəs deyilməyib.
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan
Zahid Oruc
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Deputat bildirib ki, Prezident İlham Əliyev qələbədən dərhal sonra - 20 noyabrda Əlaqələndirmə Qərargahı yaradıb. Burada 17 istiqamət üzrə bir çox sahələrin nümayəndələri təmsil olunur.
Zahid Oruc diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin "Anadolu" agentliyinə müsahibəsi zamanı Qafqazda barışın bərqərar olması üçün Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları bağlı müddəaların çıxarılması vacib şərt kimi irəli sürüb: “Azərbaycanın ali qanunvericilik aktında heç bir dövlətə qarşı ərazi iddiası yoxdur, lakin Dağlıq Qarabağ termini yüzlərlə sənədlərdə əksini tapıb. Xüsusilə beynəlxalq razılaşmalarda bir vaxtlar irəli sürdüyümüz qeyd-şərtlər artıq parlaq Qələbəmizdən sonra yeni reallıq, xüsusilə yeni hüquqi gerçəklik yaratdığından geniş dəyişiklərin zərurətini qarşıya qoyur. Ona görə də ölkə rəhbəri tərəfindən 20 noyabr 2020-ci il tarixində yaradılan Əlaqələndirmə Qərargahı ilə birgə çalışmalarla parlament bir sıra sahələrdə dövlət siyasətinə töhfə verə bilər. Biz təklif edirik ki, parlamentdə xüsusi komissiya yaradılsın və istər qanunlarda və beynəlxalq aktlarda, istərsə də Böyük Qayıdışın gerçəkləşməsi zamanı 100 minlərlə insanın hüquqların təminatı sahəsində yeni sənədlərin hazırlanmasında aktiv iştirak etsin.
Xəbər lenti
0