https://sputnik.az/20210930/nigar-arpadaraiy-yeni-vzif-verilib-433614615.html
Nigar Arpadaraiyə yeni vəzifə verilib
Nigar Arpadaraiyə yeni vəzifə verilib
Sputnik Azərbaycan
O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata... 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T20:59+0400
2021-09-30T20:59+0400
2021-09-30T21:05+0400
azərbaycan xəbərləri
nigar arpadarai
aşpa
milli məclis
deputat
aşpa-dakı nümayəndə heyəti
https://cdnn1.img.sputnik.az/img/41477/82/414778218_0:104:2000:1229_1920x0_80_0_0_36e1d85d1cef657c3fbb4e75ca713a2a.jpg
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadaraiyə yeni vəzifə verilib. O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub.Bu barədə deputat özünün “Facebook” səhifəsində məlumat verib.Qeyd edək ki, AŞPA-nın sentyabrın 27-dən başlayan payız sessiyası bu gün yekunlaşır.Nigar Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.O, 2006-cı ildən 2009-cu ilə qədər Avropa Komissiyasının Azərbaycandakı Xüsusi Elçisinin Ofisinin Əlaqələndirici Şəxsi, sonradan isə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin Mətbuat Katibi olub. 2009-cu ildə Azerfon şirkətində çalışaraq Marketinq Ünsiyyət vasitələri, Brendin Strateji Mövqeləndirilməsi üzrə menecer vəzifələrində çalışıb. 2012-ci ildə Azerfon şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik edib. 2016-cı ildən 2019-cu ilə qədər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin direktoru olub.2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələrinə əsasən 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41477/82/414778218_112:0:1889:1333_1920x0_80_0_0_69e21bdb32216e20005a7641386158fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
nigar arpadarai, aşpa, milli məclis, deputat, aşpa-dakı nümayəndə heyəti
nigar arpadarai, aşpa, milli məclis, deputat, aşpa-dakı nümayəndə heyəti
Nigar Arpadaraiyə yeni vəzifə verilib
20:59 30.09.2021 (Yenilənib: 21:05 30.09.2021) O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub.
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadaraiyə yeni vəzifə verilib.
O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub.
Bu barədə deputat özünün “Facebook” səhifəsində məlumat verib.
Qeyd edək ki, AŞPA-nın sentyabrın 27-dən başlayan payız sessiyası bu gün yekunlaşır.
Nigar Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.
O, 2006-cı ildən 2009-cu ilə qədər Avropa Komissiyasının Azərbaycandakı Xüsusi Elçisinin Ofisinin Əlaqələndirici Şəxsi, sonradan isə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin Mətbuat Katibi olub.
2009-cu ildə Azerfon şirkətində çalışaraq Marketinq Ünsiyyət vasitələri, Brendin Strateji Mövqeləndirilməsi üzrə menecer vəzifələrində çalışıb. 2012-ci ildə Azerfon şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik edib.
2016-cı ildən 2019-cu ilə qədər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin direktoru olub.
2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələrinə əsasən 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.