https://sputnik.az/20210930/narkokuryerler-ele-kecdi-433679222.html
Narkokuryerlər ələ keçdi
Narkokuryerlər ələ keçdi
Sputnik Azərbaycan
Həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T20:09+0400
2021-09-30T20:09+0400
2021-09-30T20:10+0400
polis
cəmiyyət
narkotik
heroin
narkotik maddə
narkotik maddələrin qanunsuz dövriyyəsi
narkotacir
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426751536_0:0:1080:608_1920x0_80_0_0_b1a1004f39721360560caa017bba1169.jpg
BAKI, 30 sentyabr — Sputnik. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər tutulub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Sadiq Seyfullayev, Namiq Kazımov və Elmiq Kazımov saxlanılıblar. Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini Vüqar Qafarov da saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 105 qram olan heroin və 1 ədəd elektron aşkar edilib. Vüqar Qafarov ifadəsində narkotik vasitəni "İnstagram" sosial şəbəkəsində tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla satmaq məqsədi ilə aldığını bildirib.İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Nəcəf İsazadə də saxlanılıb. Onun üzərindən 22 qram heroin və metamfetamin aşkar edilib.Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426751536_32:0:992:720_1920x0_80_0_0_a9b941b902169d6f81f36ad5531588ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
polis, narkotik, heroin, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotacir
polis, narkotik, heroin, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotacir
Narkokuryerlər ələ keçdi
20:09 30.09.2021 (Yenilənib: 20:10 30.09.2021) Həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
BAKI, 30 sentyabr — Sputnik. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər tutulub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Sadiq Seyfullayev, Namiq Kazımov və Elmiq Kazımov saxlanılıblar. Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini Vüqar Qafarov da saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 105 qram olan heroin və 1 ədəd elektron aşkar edilib. Vüqar Qafarov ifadəsində narkotik vasitəni "İnstagram" sosial şəbəkəsində tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla satmaq məqsədi ilə aldığını bildirib.
İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Nəcəf İsazadə də saxlanılıb. Onun üzərindən 22 qram heroin və metamfetamin aşkar edilib.
Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.