İnsanları aralı oturtsaq, diskomfort yaradacaq - Kinoteatrlar qaydalardan narazıdır

© Claudio Furlan / LaPresse via APKinoteatrda insanlar, arxiv şəkli
Kinoteatrda insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev deyib ki, heç bir kinoteatrda adamların evli, yaxud subay olduğunu yoxlamırlar.
BAKI, 30 sentyabr — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən ölkəmizdə teatr, kinoteatr və konsert müəssisələrinin fəaliyyəti bərpa olunacaq. Ötən gün mətbuatda kinoteatrlarda yalnız ailəvi gələn adamların bir yerdə otura biləcəyi barədə məlumatlar yer alıb. Bu məsələ cəmiyyət arasında narazılığa səbəb olub.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə Sputnik Azərbaycan-a bildirib ki, film həvəskarları CinemaPlus.az saytından filmlərin siyahısı ilə tanış ola bilərlər. O, insanlara covid təhlükəsini nəzərə alaraq insanlara tövsiyyə edirik ki, biletləri onlayn alsınlar ki, bilet alan zaman problemlə qarşılaşmazlar. Qaydalara gəldikdə isə. Zal 50% dolmalıdır".
O bildirib ki, ötən gün Mədəniyyət Nazirliyində bununla bağlı müzakirə olub. Lakin hələlik qərar qəbul olunmayıb. O ki qaldı filmlərin qiymətlərinə, Darabzadə deyib ki, bu, filmdən aslıdır. Xarici film istehsal olunduğu ölkədə qiymətlər qalxıbsa, bizdə də qiymətlərə təsir edəcək. Ümumilikdə isə qiymət artımında elə bir dəyişiklik olmayacaq.
Darabzadənin sözlərinə görə, tamaşaçıların kinoteatrda hansı qaydada oturacağı hələlik məlum deyil:
"Əgər insanları bir-birindən aralı oturtsaq, diskomfort yaradacaq. Biz tövsiyyə etdik ki, ara məsafəsi olmasın. Tutaq ki, bir valideyn öz uşağı ilə gəlib, yaxud sevgililər gəlib, onlar necə ara məsafəsi saxlaya bilər? Ötən gün Mədəniyyət Nazirliyində öz fikirlərimizi söylədik. Əgər bir insan sevgilisi və ya dostu ilə gəlirsə, onsuz da onlar bir maşında, bir nəqliyyatda gəlirlər. Kinoteatrda onların ayrılması doğru olmaz".
"Park Cinema" kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev deyib ki, heç bir kinoteatrda adamların evli, yaxud subay olduğunu yoxlamırlar: "Bu, bizə maraqlı deyil. Sadəcə, biz iki yerə bilet satırıq, həmin iki yerin yanındakı yer boş qalır və növbəti iki yerə bilet satılır. Əsas tələb zalın 50%-inin dolmasıdır. Biz ondan çox bilet sata bilməyəcəyik. Düşünürəm ki, digər şəbəkələrdə də belədir. Tamaşaçılar kinoteatra COVID pasportu ( və ya immunitet sertifikatı) və şəxsiyyət vəsiqəsi ilə gələ bilərlər".
Kinosevərlər sabah "Park Cinema"da həm milli, həm də xarici filmə baxa biləcəklər. Milli filmlərdən "Ağa Natiq 2", "Sevgi romanı", "Xoxan", 2 Hollivud filmi nümayiş olunacaq. Böyük premyeralara gəldikdə isə gələn həftə "Dyuna" filminin premyerası baş tutacaq.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, onlarda hələlik tamaşaçıların hansı qaydadı oturacağı, eləcə də, kinoteatrlarda qiymətlərin qalxıb qalxmayacağı barədə məlumat yoxdur.
"Kinozallarda dezinfeksiya işləri aparılacaq. Oktyabrın 1-dən etibarən kino həvəskarları kinoteatrlara təşrif buyura biləcəklər. Cədvəl tezliklə saytımızda və sosial şəbəkələrdə paylaşılacaq", - Nərmin Həsənova əlavə edib.
Xəbər lenti
0