Планета Земля - Sputnik Azərbaycan, 1920
DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində Ayda idarə olunan missiyalar üçün daşıyıcı-raketinin maketi nümayiş olunub

© Sputnik / Рамиль Ситдиков / Fotobanka keçməkJukovskidə Beynəlxalq aviasiya sərgisində Çinin stendi, arxiv şəkli
Jukovskidə Beynəlxalq aviasiya sərgisində Çinin stendi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Ayın ətrafında uçmaq və Yerin təbii peykinin səthinə enmək üçün gələcəkdə idarə olunan missiyalarda, həmçinin Ay bazasının inşasında bu raketdən istifadə edilməsi planlaşdırılıb.
BAKI, 30 sentyabr — Sputnik. Gələcəkdə Aya pilotlu missiyalar göndərmək üçün istifadə olunacaq yeni nəsil raketin maketi Çinin Çjuhay şəhərində keçirilən beynəlxalq aviasalonda təqdim olunub. Bu barədə "Ketszi jibao" qəzeti bildirib.
Nəşr qeyd edib ki, yeni qurğu yüksək etibarlılığı və təhlükəsizliyi ilə seçiləcək.
Qəzetin məlumatına görə, 90 metr hündürlüklü raket müqavimət sipərindən, üç pillədən (hər birinin diametri 5 metr olmaqla), sürətləndiricilərdən və qəza-xilasetmə sistemindən ibarət olacaq. Raketin ilkin kütləsi 2 min tona çatacaq və o, Yerətrafı orbitə 70 tona qədər, Ay orbitinə isə 25 tona qədər faydalı yük daşıya biləcək.
"Raket hələ hazırlıq mərhələsindədir", - məqalədə qeyd olunur.
Vurğulanır ki, yeni nəsil raket Çinin pilotlu kosmonavtika sahəsində imkanlarını genişləndirməlidir. "Çançjen-5" seriyalı raketlərin inkişafında müvəffəqiyyət Çinə planetlərarası tədqiqatlar aparmağa və öz kosmik stansiyasının genişmiqyaslı inşasına imkan verib, ancaq "Çançjen-5"in imkanları hələ də məhduddur - o, Yerətrafı orbitin aşağı həddinə yalnız 25 ton faydalı yük daşıya bilər. Buna görə də Aya pilotlu missiyaları və digər tədqiqat missiyalarını həyata keçirmək üçün Çin daha güclü raketlər hazırlamalıdır.
Yeni raketin diametri "Çançjen-5" kimi, yəni 5 metr olacaq, ancaq ondan üçdə bir qədər hündür olacaq. Qeyd olunub ki, Ayın ətrafında uçmaq və Yerin təbii peykinin səthinə enmək üçün gələcəkdə idarə olunan missiyalarda, həmçinin Ay bazasının inşasında bundan istifadə edilməsi planlaşdırılıb.
Aviasalonda həmçinin çox ağır "Çançjen-9" daşıyıcı-raketinin maketi təqdim olunub. Bu yaxınlarda Çin Milli Kosmik İdarəsi 2028-ci ildə "Çançjen-9"u işə salmaq planları barədə məlumat verib. O, Yerətrafı orbitin aşağı həddinə 140 tona qədər, Yer-Ay keçid orbitinə isə 50 tona qədər faydalı yük daşıya bilər. Onun uzunluğu 90 metrdən çox olacaq və əsas blokun diametri 10 metrə çatacaq.
Hazırda Çinin ən güclü daşıyıcı raketi Çindəki bütün ən yaxın iddialı kosmik missiyalarının əsasını təşkil edən "Çançjen-5" olaraq qalır. Ötən ilin iyul ayında onun köməyi ilə Marsın araşdırılması üçün "Tyanven-1" ("Səmaya suallar-1") ilk Çin zondu uğurla işə salınıb, bu il isə Çinin "Tyanqun" kosmik stansiyasının "Tyanhe" baza modulu orbitə buraxılıb.
40 ölkə və bölgədən olan 700-dən çox eksponatın iştirak edəcəyi "Airshow China"nın on üçüncü beynəlxalq aviasalonu Çinin cənubundakı Quandun şəhərində keçirilir. Sərgi sentyabrın 28-dən oktyabrın 3-dək davam edəcək.
Çinin ən böyük "Airshow China" aviasalon sərgisi 1996-cı ildən Çinin cənubundakı Quandun şəhərində keçirilir. Onun mövzusu hərbi və mülki təyyarələr, kosmik texnologiya, desant üçün silah və hərbi texnika, hava hücumundan müdafiə və radioelektron müharizə sistemləridir.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала