Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda polis əməkdaşı ondan şikayət edən həyat yoldaşını şöbədə qətlə yetirib

Bıçaq - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
BAKI, 30 sentyabr — Sputnik. Bakıda polis əməkdaşı ondan şikayət edən həyat yoldaşını qətlə yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib. İ.Məmmədov saxlanılıb.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Xatırladaq ki, bundan əvvəl də Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açdığı atəşlə həyat yoldaşını qətlə yetirmişdi.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала