Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Bakı və Minsk raket və artilleriya qüvvələrinin inkişafı məsələlərini müzakirə ediblər

© AR Ministry of DefenceAzərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşü keçirilib
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
Bakıda səfərdə olan Belarus MN-in nümayəndə heyətinin Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə ziyarəti planlaşdırılır.
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Raket və artilleriya qüvvələrinin inkişafı məsələləri” üzrə işçi görüşü keçirilib.
Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, görüşdə hər iki ölkənin Raket və Artilleriya Qoşunları arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələri haqqında ətraflı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Qonaqlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə artilleriyaçılarımızın fəaliyyətindən bəhs edilib.
Səfər çərçivəsində Belarus nümayəndə heyətinin Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Xəbər lenti
0