https://sputnik.az/20210930/azrbaycan-v-exiya-azad-edilmi-razilrin-brpasnda-mkdalq-ed-bilrlr-433681710.html
Azərbaycan və Çexiya azad edilmiş ərazilərin bərpasında əməkdaşlıq edə bilərlər
Azərbaycan və Çexiya azad edilmiş ərazilərin bərpasında əməkdaşlıq edə bilərlər
Sputnik Azərbaycan
Çexiyalı həmkarı ilə mətbuat konfransı keçirən Ceyhun Bayramov qeyd edib ki, hər iki ölkə arasında iqtisadi münasibətlərdə önəmli yeri enerji sahəsi tutur. 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T14:11+0400
2021-09-30T14:11+0400
2021-09-30T14:11+0400
xin
iqtisadiyyat
çexiya
bərpa
azərbaycan
ceyhun bayramov
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433686035_0:122:2000:1247_1920x0_80_0_0_6fd9dd659ad24a817723c768b3e88eda.jpg
BAKI, 30 sentyabr - Sputnik. Bu gün baş tutan görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı, Avropa strukturlarında əməkdaşlığı müzakirə etdik.Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yakub Kulhanek ilə Bakıda keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.“Azərbaycan və Çexiya arasında münasibətlərin əsas sütunlarından biri iqtisadiyyatdır. Biz bu gün bu sahədə müzakirələr apardıq. Çex həmkarım böyük bir nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib və dünən Bakıda Azərbaycan və Çexiya iş adamlarının iştirakı ilə biznes forum keçirildi. Hər iki ölkə arasında iqtisadi münasibətlərdə önəmli yeri enerji sahəsi tutur. Məlumat üçün bildirim ki, Çexiyanın enerji tələbatının 1/3 hissəsini Azərbaycan ödəyir. Biz bu sahədə Çexiya ilə yanaşı, digər Avropa ölkələri ilə səmərəli şəkildə əməkdaşlıq edirik. Biz Çexiya ilə iqtisadiyyatın digər sahələri, İKT, tikinti, turizm, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıqda maraqlıyıq”, - deyə Ceyhun Bayramov bildirib.Nazir, həmçinin bildirib ki, Azərbaycan və Çex Respublikası azad edilmiş ərazilərin bərpası sahəsində böyük əməkdaşlıq potensialına malikdir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433686035_227:0:2000:1330_1920x0_80_0_0_9831775ba4e4fe145df737dc4347f631.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, çexiya, bərpa, azərbaycan, ceyhun bayramov, işğaldan azad edilmiş ərazilər
xin, çexiya, bərpa, azərbaycan, ceyhun bayramov, işğaldan azad edilmiş ərazilər
Azərbaycan və Çexiya azad edilmiş ərazilərin bərpasında əməkdaşlıq edə bilərlər
Çexiyalı həmkarı ilə mətbuat konfransı keçirən Ceyhun Bayramov qeyd edib ki, hər iki ölkə arasında iqtisadi münasibətlərdə önəmli yeri enerji sahəsi tutur.
BAKI, 30 sentyabr - Sputnik. Bu gün baş tutan görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı, Avropa strukturlarında əməkdaşlığı müzakirə etdik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri
Ceyhun Bayramov çexiyalı həmkarı
Yakub Kulhanek ilə Bakıda keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycan və Çexiya arasında münasibətlərin əsas sütunlarından biri iqtisadiyyatdır. Biz bu gün bu sahədə müzakirələr apardıq. Çex həmkarım böyük bir nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib və dünən Bakıda Azərbaycan və Çexiya iş adamlarının iştirakı ilə biznes forum keçirildi. Hər iki ölkə arasında iqtisadi münasibətlərdə önəmli yeri enerji sahəsi tutur. Məlumat üçün bildirim ki, Çexiyanın enerji tələbatının 1/3 hissəsini Azərbaycan ödəyir. Biz bu sahədə Çexiya ilə yanaşı, digər Avropa ölkələri ilə səmərəli şəkildə əməkdaşlıq edirik. Biz Çexiya ilə iqtisadiyyatın digər sahələri, İKT, tikinti, turizm, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıqda maraqlıyıq”, - deyə Ceyhun Bayramov bildirib.
Nazir, həmçinin bildirib ki, Azərbaycan və Çex Respublikası azad edilmiş ərazilərin bərpası sahəsində böyük əməkdaşlıq potensialına malikdir.