Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun Qarabağ haqqında çəkdiyi film nüfuzlu festivalda nümayiş olundu

© Pexels freestocks.orgKinolent, arxiv şəkli
Kinolent, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
BAKI, 30 sentyabr — Sputnik. Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan Kino Günlərinin açılışında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə istehsal etdiyi, Vətən müharibəsində şanlı zəfərinə həsr olunan "Biz" sənədli filminin təqdimatı keçirildi.
Sputnik Azərbaycan xəbər verir ki, filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevdir.
"BİZ" filmi Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir.
Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının Qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb.
Filmdə, eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar, həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
Qeyd edək ki, filmin prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçı Əsgər Rəhimovdur.
Xatırladaq ki, ötən gündən etibarən başlayan festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.
Nümayəndə heyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxildir. Sözügedən festivalda tammetrajlı bədii filmlər proqramına rejissorlar İsmayıl Səfərlinin "Balıqçı qızı", Rüfət Həsənovun "Daxildəki ada", Əli Səttar Quliyev "Olimpiya" Ksenia Laqutinaya "Fəridə" filmi daxildir. Orman Əliyevin şanlı zəfərimizə həsr olunmuş "Biz" filmi və Fariz Əhmədovun "Sonuncu" filmləri sənədli filmlər proqramına daxildir. "5 günlük kino" proqramına isə Murad Hüseynovun "Vəhşi durnaların vaxtı", Murad Hüseynov və Səddam Mehdiyevin "İki yol" filmləri daxildir.
Xəbər lenti
0