https://sputnik.az/20210930/Syyad-lizadnin-a-ciyrind-buzlu--akarlanb-mnni-ECMO-cihazna-qoulub-427943503.html
Müğənni Səyyad Əlizadə vəfat edib
Müğənni Səyyad Əlizadə vəfat edib
Sputnik Azərbaycan
ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt... 30.09.2021, Sputnik Azərbaycan
2021-09-30T23:10+0400
2021-09-30T23:10+0400
2021-10-06T14:56+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
vəfat
azərbaycanda koronavirus: son xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427909791_0:0:1280:720_1920x0_80_0_0_92b113350d2adbce5846a8f40f4badcb.jpg
BAKI, 30 sentyabr — Sputnik. Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadə vəfat edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müğənni Nadir Bayramlı məlumat yayıb. Koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilmiş və EKMO cihazına qoşulmuşdu. Mərkəzi Gömrük Hospitalında S.Əlizadə süni komaya salınmışdı. Sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.17.09.2021-11:02Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu baradə müğənninin qohumu Razim Qarayev məlumat verib.O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427909791_160:0:1120:720_1920x0_80_0_0_bde88ba10bfd49cc4322b9205583e21b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, vəfat, azərbaycanda koronavirus: son xəbərlər, azərbaycan
xəbərlər, vəfat, azərbaycanda koronavirus: son xəbərlər, azərbaycan
Müğənni Səyyad Əlizadə vəfat edib
23:10 30.09.2021 (Yenilənib: 14:56 06.10.2021) ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.
BAKI, 30 sentyabr — Sputnik. Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadə vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müğənni Nadir Bayramlı məlumat yayıb.
Koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilmiş və EKMO cihazına qoşulmuşdu. Mərkəzi Gömrük Hospitalında S.Əlizadə süni komaya salınmışdı. Sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib.
Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib.
S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.
Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu baradə müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".
Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.