https://sputnik.az/20210929/universitet-saqqall-tlblri-drs-buraxmr-rektorun-zvq-anlay-baqadr--433647961.html
Universitet saqqallı tələbələri dərsə buraxmır: Rektorun zövq anlayışı başqadır
Universitet saqqallı tələbələri dərsə buraxmır: Rektorun zövq anlayışı başqadır
Sputnik Azərbaycan
Hüquq müdafiəçisi deyir ki, saqqal saxladığı üçün dərsə buraxılmayan tələbələr Təhsil Nazirliyinə və məhkəməyə müraciət edə bilərlər. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T19:25+0400
2021-09-29T19:25+0400
2021-09-29T19:25+0400
təhsil
media hüququ üzrə tanınmış mütəxəssis ələsgər məmmədli
ələsgər məmmədli
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433647895_0:215:2048:1367_1920x0_80_0_0_cd8b5a5c0ea8fae728dc4b05cd4b7c61.jpg
BAKI, 29 sentyabr — Sputnik. Bu gün sosial şəbəkələrdə, eləcə də bəzi xəbər saytlarında Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal qadağasının qoyulduğu barədə məlumat paylaşılıb. Məlumata görə, Sumqayıt Dövlət Universitetinin oğlan tələbələrinə qarşı əvvəlki illərdə də saqqal saxlamaq qadağası olub. Bu gün isə tələbələr yeni tədris ili ilə əlaqədar bu qadağanın davam etdiyindən şikayətləniblər.Sputnik Azərbaycan məsələni araşdırmaq məqsədilə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili ilə dəfələrlə əlaqə saxlasa da, o mobil nömrəsinə etdiyimiz zənglərə cavab verməyib.Xanım mətbuat katibi az sonra öz səhifəsində Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası ilə bağlı rektorun açıqlamasını yayıb. Həmin paylaşımda yazılıb:"Bu gün bəzi xəbər saytlarında “Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası qoyuldu” başlığı altında informasiya yayımlanıb. Bu məsələ ilə bağlı universitetin rektoru, professor Elxan Hüseynova müraciət etdik. Rektor məsələ ilə bağlı bildirdi ki, bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır! Bir sözlə, tələbə çalışqan, intizamlı olmaqla yanaşı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli və səliqəli olmalıdır. “Saqqal qadağası” anlayışı yoxdur. Sadəcə olaraq tələbələrin xarici görünüşü, o cümlədən saqqalları da səliqəli olmalıdır". Universitet rəhbərliyi saqqallı tələbələrin dərsə buraxılmamasını təkzib etsələr də, Sumqayıt Dövlət Universitetinin məzunları bunu Sputnik Azərbaycan-a təsdiqləyiblər. Adının çəklilməsini istəməyən mənbəmizin verdiyi sözlərinə görə, Sumqayıtda dini cərəyanlardan birinin üzvlərinin iştirakı ilə atışma baş verəndən sonra, universitet rəhbərliyi saqqal saxlayan tələbələrə SDU-yə saqqallı daxil olmağa qadağa qoyub."Biz Sumqayıt Dövlət Universitetində təhsil aldığımız müddətdə əsgər kimi üzümüzü hər gün taraş edib dərsə gedirdik", - deyə mənbə bildirib. Hüquq müdafiəçisi Ələsgər Məmmədli isə deyib ki, insanın hansı geyimi seçməsi, imicindəki dəyişiklik onun öz seçimidir. Elə insan var, heç bir dini inancı olmasa belə, yaraşıq üçün saqqal saxlayır. Əgər universitetdə bu fakt varsa, mütləq şəkildə ictimailəşdirilməlidir: "İnsanların seçiminə hörmətlə yanaşılmalıdır. Bu insanların azadlığı çərçivəsində olan məsələdir. Buna heç kəs müdaxilə edə bilməz. Şəxsi azadlıq aspektindən toxunulmazdır. Bu, heç dini məsələ də deyil. Bəzi insanlar var ki, sadəcə saqqal saxlamağı xoşlayır. Tələbənin buna görə universitetə buraxılmaması yolverilməzdir".Hüquq müdafiəçisi deyir ki, bu kimi hallarla qarşılaşan tələbələr Təhsil Nazirliyinə və məhkəməyə müraciət edə bilərlər: "Bu məsələnin həlli yolu hüquqi yolla məhkəməyə müraciət etməkdir. Tələbə belə olan halda universitet rəhbərliyini məhkəməyə verməklə öz hüququnu bərpa edərək təhsilinə davam edə bilər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433647895_225:0:2048:1367_1920x0_80_0_0_3a060f57a0f67ddf21ba6f5e1f0ba343.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
media hüququ üzrə tanınmış mütəxəssis ələsgər məmmədli, ələsgər məmmədli
media hüququ üzrə tanınmış mütəxəssis ələsgər məmmədli, ələsgər məmmədli
Universitet saqqallı tələbələri dərsə buraxmır: Rektorun zövq anlayışı başqadır
Hüquq müdafiəçisi deyir ki, saqqal saxladığı üçün dərsə buraxılmayan tələbələr Təhsil Nazirliyinə və məhkəməyə müraciət edə bilərlər.
BAKI, 29 sentyabr — Sputnik. Bu gün sosial şəbəkələrdə, eləcə də bəzi xəbər saytlarında Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal qadağasının qoyulduğu barədə məlumat paylaşılıb.
Məlumata görə, Sumqayıt Dövlət Universitetinin oğlan tələbələrinə qarşı əvvəlki illərdə də saqqal saxlamaq qadağası olub. Bu gün isə tələbələr yeni tədris ili ilə əlaqədar bu qadağanın davam etdiyindən şikayətləniblər.
Sputnik Azərbaycan məsələni araşdırmaq məqsədilə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili ilə dəfələrlə əlaqə saxlasa da, o mobil nömrəsinə etdiyimiz zənglərə cavab verməyib.
Xanım mətbuat katibi az sonra öz səhifəsində Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası ilə bağlı rektorun açıqlamasını yayıb. Həmin paylaşımda yazılıb:
"Bu gün bəzi xəbər saytlarında “Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası qoyuldu” başlığı altında informasiya yayımlanıb. Bu məsələ ilə bağlı universitetin rektoru, professor Elxan Hüseynova müraciət etdik.
Rektor məsələ ilə bağlı bildirdi ki, bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır!
Bir sözlə, tələbə çalışqan, intizamlı olmaqla yanaşı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli və səliqəli olmalıdır. “Saqqal qadağası” anlayışı yoxdur. Sadəcə olaraq tələbələrin xarici görünüşü, o cümlədən saqqalları da səliqəli olmalıdır".
Universitet rəhbərliyi saqqallı tələbələrin dərsə buraxılmamasını təkzib etsələr də, Sumqayıt Dövlət Universitetinin məzunları bunu Sputnik Azərbaycan-a təsdiqləyiblər. Adının çəklilməsini istəməyən mənbəmizin verdiyi sözlərinə görə, Sumqayıtda dini cərəyanlardan birinin üzvlərinin iştirakı ilə atışma baş verəndən sonra, universitet rəhbərliyi saqqal saxlayan tələbələrə SDU-yə saqqallı daxil olmağa qadağa qoyub.
"Biz Sumqayıt Dövlət Universitetində təhsil aldığımız müddətdə əsgər kimi üzümüzü hər gün taraş edib dərsə gedirdik", - deyə mənbə bildirib.
Hüquq müdafiəçisi Ələsgər Məmmədli isə deyib ki, insanın hansı geyimi seçməsi, imicindəki dəyişiklik onun öz seçimidir. Elə insan var, heç bir dini inancı olmasa belə, yaraşıq üçün saqqal saxlayır. Əgər universitetdə bu fakt varsa, mütləq şəkildə ictimailəşdirilməlidir:
"İnsanların seçiminə hörmətlə yanaşılmalıdır. Bu insanların azadlığı çərçivəsində olan məsələdir. Buna heç kəs müdaxilə edə bilməz. Şəxsi azadlıq aspektindən toxunulmazdır. Bu, heç dini məsələ də deyil. Bəzi insanlar var ki, sadəcə saqqal saxlamağı xoşlayır. Tələbənin buna görə universitetə buraxılmaması yolverilməzdir".
Hüquq müdafiəçisi deyir ki, bu kimi hallarla qarşılaşan tələbələr Təhsil Nazirliyinə və məhkəməyə müraciət edə bilərlər: "Bu məsələnin həlli yolu hüquqi yolla məhkəməyə müraciət etməkdir. Tələbə belə olan halda universitet rəhbərliyini məhkəməyə verməklə öz hüququnu bərpa edərək təhsilinə davam edə bilər".