https://sputnik.az/20210929/st-rhbri-qurumun-mkdalarnn-trtdiyi-biabr-hrkt-gr-zr-istdi-433631572.html
ÜST rəhbəri qurumun əməkdaşlarının törətdiyi biabırçı hərəkətə görə üzr istədi
ÜST rəhbəri qurumun əməkdaşlarının törətdiyi biabırçı hərəkətə görə üzr istədi
Sputnik Azərbaycan
Qurumdan o da bildirilib ki, Konqoda baş verən zorlama hadisələrindən sonra 10-dan çox yerli qadın ÜST-ün əməkdaşlarından hamilə qalıb. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T12:20+0400
2021-09-29T12:20+0400
2021-09-29T12:25+0400
səhiyyə
üst
ümumdünya səhiyyə təşkilatı
ebola
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080954_0:160:3073:1888_1920x0_80_0_0_7024c857d16b53b0d38491da9fab564e.jpg
BAKI, 29 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi öz əməkdaşlarının Afrikadakı missiya zamanı törətdikləri əməllərə görə ictimaiyyət qarşısında üzr istəyib. Sputnik Azərbaycan "Euronews"-a istinadla xəbər verir ki, bu barədə açıqlama müstəqil komissiyanın Ebola ilə mübarizə çərçivəsində Konqo Demokratik Respublikasında ÜST nümayəndələri tərəfindən törədilən zorlama hadisəsi haqqında hesabatı dərc etməsindən sonra verilib.ÜST-ün rəhbəri Tedros Gevreyesus baş verənlərə görə təəssüf hissi keçirdiyini bildirib: "Mən çox təəssüf edirəm ki, ÜST-ün cəmiyyətin müdafiəsinə xidmət etməli olan nümayəndələri insanlara qarşı bu cür hərəkət ediblər. O hadisələrin bu günə qədər insanlara verdiyi əziyyətə görə üzr istəyirəm. Təəssüf edirəm ki, bir çoxları komissiyanın suallarını cavablandıraraq yenidən həmin hissləri keçməli oldular".Qeyd edək ki, sözügedən hesabat hazırlanan vaxt ekspertlər hadisənin baş verdiyi yerə gedib, 200-dən çox insanı dindirib və 80 nəfərdən çox şübhəli müəyyənləşdiriblər. Söhbət 2018-2020-ci illər arasında fəaliyyət göstərmiş ÜST-ün yerli və xarici əməkdaşlarından gedir.Təşkilatdan verilən məlumata görə, Konqo Qadınlar Birliyi təhqiqat prosesini alqışlayıb və zərərçəkmişlərə təzminat verilməsini istəyib.Qurumdan o da bildirilib ki, Konqoda baş verən zorlama hadisələrindən sonra 10-dan çox yerli qadın ÜST-ün əməkdaşlarından hamilə qalıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080954_170:0:2901:2048_1920x0_80_0_0_5ff1cfc447e1a71a83fa23c7beb250d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, ümumdünya səhiyyə təşkilatı, ebola
üst, ümumdünya səhiyyə təşkilatı, ebola
ÜST rəhbəri qurumun əməkdaşlarının törətdiyi biabırçı hərəkətə görə üzr istədi
12:20 29.09.2021 (Yenilənib: 12:25 29.09.2021) Qurumdan o da bildirilib ki, Konqoda baş verən zorlama hadisələrindən sonra 10-dan çox yerli qadın ÜST-ün əməkdaşlarından hamilə qalıb.
BAKI, 29 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi öz əməkdaşlarının Afrikadakı missiya zamanı törətdikləri əməllərə görə ictimaiyyət qarşısında üzr istəyib. Sputnik Azərbaycan "
Euronews"-a istinadla xəbər verir ki, bu barədə açıqlama müstəqil komissiyanın Ebola ilə mübarizə çərçivəsində Konqo Demokratik Respublikasında ÜST nümayəndələri tərəfindən törədilən zorlama hadisəsi haqqında hesabatı dərc etməsindən sonra verilib.
ÜST-ün rəhbəri Tedros Gevreyesus baş verənlərə görə təəssüf hissi keçirdiyini bildirib: "Mən çox təəssüf edirəm ki, ÜST-ün cəmiyyətin müdafiəsinə xidmət etməli olan nümayəndələri insanlara qarşı bu cür hərəkət ediblər. O hadisələrin bu günə qədər insanlara verdiyi əziyyətə görə üzr istəyirəm. Təəssüf edirəm ki, bir çoxları komissiyanın suallarını cavablandıraraq yenidən həmin hissləri keçməli oldular".
Qeyd edək ki, sözügedən hesabat hazırlanan vaxt ekspertlər hadisənin baş verdiyi yerə gedib, 200-dən çox insanı dindirib və 80 nəfərdən çox şübhəli müəyyənləşdiriblər. Söhbət 2018-2020-ci illər arasında fəaliyyət göstərmiş ÜST-ün yerli və xarici əməkdaşlarından gedir.
Təşkilatdan verilən məlumata görə, Konqo Qadınlar Birliyi təhqiqat prosesini alqışlayıb və zərərçəkmişlərə təzminat verilməsini istəyib.
Qurumdan o da bildirilib ki, Konqoda baş verən zorlama hadisələrindən sonra 10-dan çox yerli qadın ÜST-ün əməkdaşlarından hamilə qalıb.