https://sputnik.az/20210929/prokurorluq-orqanlarna-i-qbul-olunmaq-istynlrin-nzrin-433633205.html
Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyənlərin nəzərinə!
Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyənlərin nəzərinə!
Sputnik Azərbaycan
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin ilkin mərhələsi - test imtahanı oktyabrın 8-də keçiriləcək. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T16:53+0400
2021-09-29T16:53+0400
2021-09-29T16:53+0400
məmur
cəmiyyət
baş prokurorluq
prokurorluq
qəbul
qəbul imtahanı
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_0:145:3071:1872_1920x0_80_0_0_5cbe44cf56423c3972ad2a873f11a548.jpg
BAKI, 29 sentyabr — Sputnik. Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə mayın 31-də elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi sentyabrın 30-da saat 18:00-da başa çatdırılacaq.Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, sənədlərini təqdim etmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 08 oktyabr 2021-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən inzibati binasında keçiriləcək. Namizədlərə imtahanda iştirak etməli olduqları vaxt barədə Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən əvvəlcədən məlumat veriləcək.Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks olunacaq. Namizədlərin "Yaddaş kitabçası" (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 06 sentyabr 2021-ci il tarixdə kütləvi informasiya vasitələrində dərc edilib və Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.Bu, Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və Azərbayсan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə əsasən həyata keçirilir.Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168652_192:0:2880:2016_1920x0_80_0_0_55e8dd37532529873f71d513656a569f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məmur, baş prokurorluq, prokurorluq, qəbul, qəbul imtahanı
məmur, baş prokurorluq, prokurorluq, qəbul, qəbul imtahanı
Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyənlərin nəzərinə!
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin ilkin mərhələsi - test imtahanı oktyabrın 8-də keçiriləcək.
BAKI, 29 sentyabr — Sputnik. Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə mayın 31-də elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi sentyabrın 30-da saat 18:00-da başa çatdırılacaq.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, sənədlərini təqdim etmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 08 oktyabr 2021-ci il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən inzibati binasında keçiriləcək. Namizədlərə imtahanda iştirak etməli olduqları vaxt barədə Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən əvvəlcədən məlumat veriləcək.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq və imtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks olunacaq. Namizədlərin "Yaddaş kitabçası" (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 06 sentyabr 2021-ci il tarixdə kütləvi informasiya vasitələrində dərc edilib və Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.
Bu, Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və Azərbayсan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə əsasən həyata keçirilir.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.