https://sputnik.az/20210929/painyan-son-gnlr-brk-qorxuya-db-thlksizlik-tdbirlrini-gclndirib-433629599.html
Paşinyan son günlər bərk qorxuya düşüb, təhlükəsizlik tədbirlərini gücləndirib
Paşinyan son günlər bərk qorxuya düşüb, təhlükəsizlik tədbirlərini gücləndirib
Sputnik Azərbaycan
Nikol Paşinyan 44 günlük müharibə vaxtı da öz təhlükəsizliyini artırmışdı. Bu dəfə isə onun nədən qorxduğu aydın deyil. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T16:20+0400
2021-09-29T16:20+0400
2021-09-30T16:31+0400
nikol paşinyan
ermənistan
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427931175_0:0:2973:1673_1920x0_80_0_0_972ffdb1696df9bd9b0e32de35959575.jpg
BAKI, 29 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan öz təhlükəsizliyini gücləndirmək qərarı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" nəşri məlumat yayıb.Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Paşinyan yenidən nədənsə qorxmağa başlayıb."Məsələ bundadır ki, o, yenidən öz təhlükəsizliyini gücləndirib. Biz hamımız 44 günlük müharibədən sonra onun öz təhlükəsizliyini artırmaq qərarına dair KİV-də yayılan məlumatları görmüşdük. Onun bu dəfə nədən qorxduğu aydın deyil", - deyə məlumatda bildirilib.Qeyd edək ki, sentyabrın 17-i tanınmış erməni dirijor Vardan Akopyan baş nazir Nikol Paşinyan haqqında sərt ifadələr işlədib. Yerli mediaya açıqlama verən Akopyan deyib ki, əlində imkan olsaydı, ölkə rəhbərini güllələyərdi."Düzünü desəm, Nikoldan tutmuş ölkədəki son xəyanətkara kimi hər birini güllələyərdim. Əlim belə titrəməzdi. Nə cəhənnəm perspektivindən, nə də mənasız xeyirxahların qınağından qorxmuram. Əsl cəhənnəm xəyanətkarlar məqsədlərinə çatanda olacaq.Mən ifrata varıram? Xeyr, bu özünümüdafiə tələbidir. 1921-ci ildə "Nemesis" əməliyyatı 300-dən çox erməni xainin edamı ilə başladı. Çətin ki, biz bu saya çataq", - deyə Akopyan bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427931175_92:0:2823:2048_1920x0_80_0_0_f03f993db1802b5ffa940d8b9ecbd87b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ermənistan
nikol paşinyan, ermənistan
Paşinyan son günlər bərk qorxuya düşüb, təhlükəsizlik tədbirlərini gücləndirib
16:20 29.09.2021 (Yenilənib: 16:31 30.09.2021) Nikol Paşinyan 44 günlük müharibə vaxtı da öz təhlükəsizliyini artırmışdı. Bu dəfə isə onun nədən qorxduğu aydın deyil.
BAKI, 29 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan öz təhlükəsizliyini gücləndirmək qərarı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" nəşri məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Paşinyan yenidən nədənsə qorxmağa başlayıb.
"Məsələ bundadır ki, o, yenidən öz təhlükəsizliyini gücləndirib. Biz hamımız 44 günlük müharibədən sonra onun öz təhlükəsizliyini artırmaq qərarına dair KİV-də yayılan məlumatları görmüşdük. Onun bu dəfə nədən qorxduğu aydın deyil", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, sentyabrın 17-i tanınmış erməni dirijor Vardan Akopyan baş nazir Nikol Paşinyan haqqında sərt ifadələr işlədib. Yerli mediaya açıqlama verən Akopyan deyib ki, əlində imkan olsaydı, ölkə rəhbərini güllələyərdi.
"Düzünü desəm, Nikoldan tutmuş ölkədəki son xəyanətkara kimi hər birini güllələyərdim. Əlim belə titrəməzdi. Nə cəhənnəm perspektivindən, nə də mənasız xeyirxahların qınağından qorxmuram. Əsl cəhənnəm xəyanətkarlar məqsədlərinə çatanda olacaq.
Mən ifrata varıram? Xeyr, bu özünümüdafiə tələbidir. 1921-ci ildə "Nemesis" əməliyyatı 300-dən çox erməni xainin edamı ilə başladı. Çətin ki, biz bu saya çataq", - deyə Akopyan bildirib.