https://sputnik.az/20210929/ombudsman-azrbaycanllar-ermnistan-trfindn-etnik-tmizlmy-mruz-qalb-433650479.html
Ombudsman: azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb
Ombudsman: azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb
Sputnik Azərbaycan
İnsan Hüquqları üzrə Müvəkkil Bolqarıstanın vitse-prezidenti ilə görüşüb. Görüşdə Vətən müharibəsi nəticəsində artıq işğaldan azad olunmuş ərazilərdə geniş... 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T22:22+0400
2021-09-29T22:22+0400
2021-09-29T22:22+0400
ombudsman
cəmiyyət
görüş
ermənistan
bolqarıstan
etnik
təmizləmə
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650447_0:172:1600:1072_1920x0_80_0_0_c090d80e6ac5847ef8296d1049d86334.jpg
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstan Respublikasının vitse-prezidenti İliana İotova ilə görüş keçirib.Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, Ombudsmanın Bolqarıstana səfəri çərçivəsində baş tutmuş həmin görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı barədə müzakirə aparıblar.Səbinə Əliyeva Ombudsman təsisatının beynəlxalq əlaqələri barədə danışıb, dünya ictimaiyyətinə ünvanlanmış hesabatlar və müraciətlər barədə məlumat verib.Ombudsman Ermənistan tərəfindən azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, 30 ilə yaxındır qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş vətəndaşlarımızın insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. O, həmçinin çıxışında Birinci və İkinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş azərbaycanlıların sayı barədə məlumat verib, bu günədək onlar barədə Ermənistan tərəfindən məlumat verilmədiyini nəzərə çatdırıb.Görüş zamanı Vətən müharibəsi nəticəsində artıq işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparıldığı qeyd olunub. Ombudsman vurğulayıb ki, həmin ərazilərdə mövcud olan minalar bu prosesə, xüsusilə də məcburi köçkünlərin həmin bölgələrə qayıdaraq məskunlaşmasına ciddi maneə yaradır. Ombudsman Ermənistan tərəfinin basdırdığı minaların xəritələrini təqdim etməməsi nəticəsində mina partlayışlarının çoxsaylı azərbaycanlıların həlak olması və yaralanmasına səbəb olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu sahədə beynəlxalq ictimaiyyətin dəstəyi və mina xəritələrinin verilməsi ilə bağlı çağırışlar xüsusi əhəmiyyət daşıyır.Öz növbəsində İ.İotova Ombudsmana ətraflı məlumata görə təşəkkürünü bildirib. O, qarşılıqlı əlaqələrin inkişafı baxımından Azərbaycan Ombudsman Aparatı ilə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyası arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650447_0:0:1600:1200_1920x0_80_0_0_e3a3bc002c4e0ebad68f237afe9b7cbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ombudsman, görüş, ermənistan, bolqarıstan, etnik, təmizləmə
ombudsman, görüş, ermənistan, bolqarıstan, etnik, təmizləmə
Ombudsman: azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb
İnsan Hüquqları üzrə Müvəkkil Bolqarıstanın vitse-prezidenti ilə görüşüb. Görüşdə Vətən müharibəsi nəticəsində artıq işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparıldığı qeyd olunub.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstan Respublikasının vitse-prezidenti İliana İotova ilə görüş keçirib.
Ombudsman Aparatından
Sputnik Azərbaycan-a bildirilib ki, Ombudsmanın Bolqarıstana səfəri çərçivəsində baş tutmuş həmin görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı barədə müzakirə aparıblar.
Səbinə Əliyeva Ombudsman təsisatının beynəlxalq əlaqələri barədə danışıb, dünya ictimaiyyətinə ünvanlanmış hesabatlar və müraciətlər barədə məlumat verib.
Ombudsman Ermənistan tərəfindən azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, 30 ilə yaxındır qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş vətəndaşlarımızın insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. O, həmçinin çıxışında Birinci və İkinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş azərbaycanlıların sayı barədə məlumat verib, bu günədək onlar barədə Ermənistan tərəfindən məlumat verilmədiyini nəzərə çatdırıb.
Görüş zamanı Vətən müharibəsi nəticəsində artıq işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparıldığı qeyd olunub. Ombudsman vurğulayıb ki, həmin ərazilərdə mövcud olan minalar bu prosesə, xüsusilə də məcburi köçkünlərin həmin bölgələrə qayıdaraq məskunlaşmasına ciddi maneə yaradır. Ombudsman Ermənistan tərəfinin basdırdığı minaların xəritələrini təqdim etməməsi nəticəsində mina partlayışlarının çoxsaylı azərbaycanlıların həlak olması və yaralanmasına səbəb olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu sahədə beynəlxalq ictimaiyyətin dəstəyi və mina xəritələrinin verilməsi ilə bağlı çağırışlar xüsusi əhəmiyyət daşıyır.
Öz növbəsində İ.İotova Ombudsmana ətraflı məlumata görə təşəkkürünü bildirib. O, qarşılıqlı əlaqələrin inkişafı baxımından Azərbaycan Ombudsman Aparatı ilə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyası arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirib.