SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müdafiə Nazirliyi: Azərbaycan və Belarusun hərbi əməkdaşlığı üzərində iş gedir

© AR Ministry of DefenceAzərbaycan və Belarusun hərbi kadr işləri üzrə heyətinin işçi görüşü keçirilib
Azərbaycan və Belarusun hərbi kadr işləri üzrə heyətinin işçi görüşü keçirilib - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Abunə olmaq
Müdafiə Nazirliyində xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr aparılıb.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib.
Azərbaycan Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan Ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.
Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr aparılıb.
Xəbər lenti
0