https://sputnik.az/20210929/krdili-adasnn-sonuncu-sakini-haqqnda-kilmi-film-nfuzlu-festivallarda-433644254.html
Kürdili adasının sonuncu sakini haqqında çəkilmiş film nüfuzlu festivallarda
Kürdili adasının sonuncu sakini haqqında çəkilmiş film nüfuzlu festivallarda
Sputnik Azərbaycan
Fariz Əhmədovun lentə aldığı "Sonuncu" filmi "Ən yaxşı sənədli film" nominasiyasında "Golden Maple" (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T18:29+0400
2021-09-29T18:29+0400
2021-10-14T11:03+0400
kino
mədəniyyət
film
yarımada
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433642031_0:67:1280:787_1920x0_80_0_0_efac2e98de239af8788f8f9bd53b71b9.jpg
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən istehsal olunan "Sonuncu" sənədli filmi bir sıra beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək."Azərbaycanfilm" kinostudiyasından Sputnik Azərbaycan-a bildirilib ki, hazırda MDB ölkələrinin kinematoqrafçıları arasında 6-cı "Eurasia.Doc" festivalı keçirilir. "Sonuncu" sənədli filmi festivalın əsas beynəlxalq müsabiqə proqramının "Avrasiya qitəsi" tematik bölməsində iştirak edir."Sonuncu"nun növbəti müsabiqəsi oktyabrın 1-dən 10-dək Meksikada keçiriləcək "BlackCanvas" Beynəlxalq Müasir Film Festivalıdır. Film, festivalın beynəlxalq müsabiqə proqramında iştirak edir. "Sonuncu" filminin növbəti müsabiqəsi Polşada olacaq. Oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. "Sonuncu" festivalın uzun metrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir. Bundan başqa, sözügedən film, dünyanın nüfuzlu festivalı olan Daşkənd festivalında sənədli filmlər proqramına daxil edilib.Qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.Sözügedən film bir müddət öncə Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilmişdi. Bu yaxınlarda isə Bosniya və Herseqovinanın Palam şəhərində keçirilən 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalında iştirak edib. Azərbaycanı təmsil edən "Sonuncu" filmi "Ən yaxşı sənədli film" nominasiyasında "Golden Maple" (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.Onu da qeyd edək ki, film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.Filmin ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədov, quruluşçu operatoru isə Mateuş Çuxnovskidir. Xatırladaq ki, "Sonuncu" filmi bu yaxınlarda Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433642031_72:0:1209:853_1920x0_80_0_0_fb3cbf9b952b39e1b75613ce03a91305.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kino, film, yarımada
Kürdili adasının sonuncu sakini haqqında çəkilmiş film nüfuzlu festivallarda
18:29 29.09.2021 (Yenilənib: 11:03 14.10.2021) Fariz Əhmədovun lentə aldığı "Sonuncu" filmi "Ən yaxşı sənədli film" nominasiyasında "Golden Maple" (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən istehsal olunan "Sonuncu" sənədli filmi bir sıra beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək.
"Azərbaycanfilm" kinostudiyasından
Sputnik Azərbaycan-a bildirilib ki, hazırda MDB ölkələrinin kinematoqrafçıları arasında 6-cı "Eurasia.Doc" festivalı keçirilir.
"Sonuncu" sənədli filmi festivalın əsas beynəlxalq müsabiqə proqramının "Avrasiya qitəsi" tematik bölməsində iştirak edir.
"Sonuncu"nun növbəti müsabiqəsi oktyabrın 1-dən 10-dək Meksikada keçiriləcək "BlackCanvas" Beynəlxalq Müasir Film Festivalıdır. Film, festivalın beynəlxalq müsabiqə proqramında iştirak edir. "Sonuncu" filminin növbəti müsabiqəsi Polşada olacaq. Oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. "Sonuncu" festivalın uzun metrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir. Bundan başqa, sözügedən film, dünyanın nüfuzlu festivalı olan Daşkənd festivalında sənədli filmlər proqramına daxil edilib.
Qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Sözügedən film bir müddət öncə Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilmişdi. Bu yaxınlarda isə Bosniya və Herseqovinanın Palam şəhərində keçirilən 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalında iştirak edib. Azərbaycanı təmsil edən "Sonuncu" filmi "Ən yaxşı sənədli film" nominasiyasında "Golden Maple" (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.
Onu da qeyd edək ki, film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
Filmin ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədov, quruluşçu operatoru isə Mateuş Çuxnovskidir. Xatırladaq ki, "Sonuncu" filmi bu yaxınlarda Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilmişdi.