Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstanın Baş naziri Azərbaycana gəlib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Gürcüstanın Baş nazirini İrakli Qaribaşvili arasında görüş
Prezident İlham Əliyev və Gürcüstanın Baş nazirini İrakli Qaribaşvili arasında görüş - Sputnik Azərbaycan, 1920, 29.09.2021
İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
BAKI, 29 sentyabr — Sputnik. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycan Respublikasına səfərə gəlib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Qeyd edək ki, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri çərçivəsində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bir sıra məsələlər müzakirə olunacaq.
Trend-in məlumatına görə, o bildirib ki, İ.Qaribaşvilinin Azərbaycana əvvəlki səfəri zamanı iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin bərpası barədə razılıq əldə edilimişdi, bu səfər zamanı isə tərəflər iqtisadi əməkdaşlıq hədəflərini və vacib enerji layihələrini müzakirə edəcək.
D.Zalkalianinin sözlərinə görə, səfər zamanı ticari-iqtisadi münasibətlər və nəqliyyat-logistika sahəsində mövcud infrastruktur müzakirə olunacaq.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала